Dizayn
İlk üzən körpü – FOTOLAR
İtaliyada İzeo gölündə üzən ilk körpü sınaqdan çıxarılıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu ideya və layihənin rəhbəri Kristo və Jan-Kloda məxsusdur. İyunun 18-dən iyulun 3-dək üzən körpü ilə səyahət etmək mümkün olacaq. Tarixdə ilk dəfə olaraq bu körpü sayəsində Sulzano sahili ilə Avropanın ən böyük adası bağlanmış olacaq. Bu hadisə 2016-ci ilin ən mühüm hadisələrindən biri kimi tarixə düşəcək.
Körpü 200 000 üzən polietilen kublardan düzəldilib və təxminən 100 000 kv m sarı parça istifadə edilib. Körpü müəyyən məsafələrə çatanda qırmızımtıl rəngə çevriləcək.
Rəssam həmişə geniş kütləni təəccübləndirən layihə yaratmaq arzusunda olub. Layihənin rəhbəri söz verib ki, bu yol 24 saat ərzində hamı üçün açıq olacaq, yalnız pis havalarda ondan istifadə qadağan ediləcək. Bu körpüdən istifadə etmək istəyənlərdən bilet və rezervasiya tələb olunmur. Üzən körpü hamıya məxsus olacaq.
Körpünün eni 16 metr, hündürlüyü 35 sm-dir. Tamaşaçılar səyahət zamanı gölün ətrafındakı dağların fantastik mənzərəsini seyr etmək imkanı qazanacaq.
Aytən
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











