Dizayn
Evinizdə hansı energetika HÖKM sürür? - Mənfi auranı yox etməyin yolları
Evinizdə hansı energetikanın hökm sürdüyü bilmək üçün bəzi müxtəlif araşdırmalar etmək lazımdır. Məsələn, yaxşı enerjili evdə gül dəstələri vazalarda uzun müddət solmur, metal əşyalara əl vuranda sərinlik hiss olunur, taxta isə bir az isti olur.
Publika.az xarici mətbuata istinadn xəbər verir ki, inanclarına görə qaranlıq evlərdə yerə qəpik pul atanda cingildəmir, süd tez turşuyur, isti yemək tez soyuyur, duz suda bir anda həll olur, yağ göz önündə əriyir, şamın işığı dalğalanır və tez sönür. Mənzildə enerjili yerləri axtarmağın ən yaxşı yolu kəfgirdir. Onu istənilən materialdan əldə edə bilərsiniz. Gümüş, mis və ya büllur ola bilər. Əsas odur ki, o yalnız sizin olsun.

Lazimi yerləri bu sözləri deyərək yoxlayın: “Bu yer yaxşıdırmı?”. Arxaya və geri yırğalanma "bəli" deməkdir, bir tərəfdən o biri tərəfə "yoxdur". Çirkli yerlərdən tədricən uzaqlaşın və onun sərhədlərini müəyyənləşdirin.
Neqativ məntəqələrində istənilən elektrik cihazları qoymaq olar, amma kitab deyil. Kitablar dərhal neqativi alacaq və onu oxuyan sahibinə ötürəcək. Güclü mənfi enerji olduğu yerlərə palıd və ya ağcaqayın budağı qoyun onlar bu enerjini özlərinə tərəf çəkirlər. Qoz, ardıc, meşə gilası və quşarmudu ağacları isə mənfi enerjini hətta müsbətə çevirə bilər. Ağac parçalarını vaxtaşırı dəyişmək lazımdır.
Neqativ yerlərə bir stəkan adi su qoymaq olar. Suyu səhər duran kimi axıtmaq lazımdır. Effekti artırmaq üçün suya gümüş və ya bir ədəd yumurta ata bilərsiniz.
Evdə hər zaman təmizliyin, sakitliyin və rahatlığın hökm sürməsi üçün nə etməliyik?
Özünüz də sakit və mülayim olmağı öyrənin. Çünki bizim bütün sözlərimiz, mənfi emosiyalarınmız və həyəcanınımız divarlarda, mebellərdə, şəkillərdə, müxtəlif əşyalarda, hətta güllərdə öz əksini tapır.
Məsələn, evə hansısa bir qab gətirin, xəyalən onu pis əhval-ruhiyyə, kədər və uğursuzluqlarla doldurun. Bardağın dolduğunu anlayanda onu zibil qabına atın və yenisini alın.
Yatmazdan qabaq özünüzə qəzəblənməyi rəva bilməyin, gecə üçün hər hansı bir proqram tərtib edib. Maraqlı kitab, şən film, xoş musiqi əhvalı pis neytrallaşdırır. Lazımsız, xüsusilə də ölmüş qohumlarınızdan qalan pis enerjili, uğursuzluqla bağlı olan əşyalardan mütləq azad olun. Əgər hər hansı bir əşyanı bir ildən çox işlətməmisinizsə, çətin ki bundan sonra da lazım olsun.
Sadəcə yadda saxlayın ki, ev bizim hər gündən sonra yatmaq üçün getdiyimiz məkan deyil, ilk növbədə bizim ərazidir. O, bizi əks etdirir, biz isə onu göstəririk. Biz onu öz enerjimiz ilə doldururuq ev, o da öz növbəsində bizə təsir edir. Əbəs yerə demirlər ki: “Mənim evim mənim qalamdır”, “Doğma evin divarları da köməyə gəlir”. Odur ki, uzun illər ərzində evinizdə toplanmış mənfi enerjidən xilas olun və keçmişdən ayrılın.
Aytən
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











