Dizayn
Min illərdir dəbdə olan üslub - Bir paltoya görə 250.000 bəbir necə öldürülüb? - - FOTO
Bəbir dizaynı- bu, klassikadır, cazibədarlıqdır, xarakterdir.
Publika.az xəbər verir ki, bu dizayn hər zaman məşhurların seçimi olub. ABŞ-da keçirilən WTA turnirində diqqəti çəkən məqamlardan biri də Alyona Ostapenkonun geyimdə bəbir dəbinin aktuallığına dair maarifləndirici proqramı oldu.
“Roland Garros 2017”-in çempionu yaydan bəri Latviyanın "DK One" brendinin geyimində oynayır və Texasda cütlüklərin yarımfinalına yüksələndən sonra belə deyib:
“Bu stil hazırda trenddir - bunu bir çox brendlərdə görmüşəm. Bu dizaynı brendin sahibi olan qızla birgə etmişəm. Düşünürəm ki, bəbir stili dəbdədir, ona görə də bu paltar mənə lazım idi”.

Tennis dünyasında bəbir stili yeni deyil. Serena Uilyams "US Open-2014"-də qalib gələrkən də məhz bu stilə üstünlük vermişdi.

Yüksək zövqlü üslubu ilə tanınan Betani Mattek-Sends də yeddi il əvvəl eyni məkanda bu dəbə güvənmişdi.

Bəbir dizaynlı paltarların min illərlə yaşı var. Qədim mifologiyada Misirin müdriklik ilahəsi Seşat, Yunan şərab və ilham tanrısı Dionis və tanrıların anası Kibele öldürülmüş bəbirlərin dərilərində təsvir edilmişlər.
Belə bir fikir var ki, insanlar heyvanın keyfiyyətlərini: gücünü, qarşısıalınmazlığını, gözəlliyini eyniləşdirmək üçün bəbir dərisi geyinmək istəyirdilər.
Bəbir dəriləri bəşər tarixi boyu yüksək qiymətləndirilib, buna görə də leopard çaplı toxuculuq, artıq 18-ci əsrdə ortaya çıxdı.

Bəbir dizaynı Qərb dünyasına sənaye inqilabından sonra sintetik materialların inkişafı və hazır geyim konsepsiyası ilə daxil oldu.
20-ci əsrin birinci yarısında “Chanel”-in böyük həmyerlisi Jeanne Lanvin özünün “Lanvin” brendi altında bəbir çaplı paltarlar tikdi və “Christian Dior” 1947-ci ildə dostu Mitza Bricarddan ilhamlanaraq onu evinin debüt kolleksiyasına daxil etdi.
.jpg)
Bəbir çapı sürətlə moda spektrinə və dünyaya yayıldı. 1950-ci illərdə ABŞ-da “Vanity Fair” markası bəbir dizaynlı alt paltarları istehsal etdi. Bu paltarın tanıtımını o dövrdə gözəllik və cazibədarlıq simvolu sayılan Erta Kit etmişdi.

ABŞ-ın birinci xanımı Jaklin Kennedi dizayner Oleq Kassini tərəfindən hazırlanmış təbii bəbir dərisindən olan palto geyindi. Sonradan Kassini etiraf etdi ki, ondan sonra bəbir dərisindən olan paltolara böyük tələbat yaranıb. Bunun da nəticəsində 250 minə yaxın bəbir öldürülüb.

1993-cü ildə, intiharından bir müddət əvvəl Kurt Kobeyn də eyni dizaynlı palto geyinib fotosessiya etdirmişdi.

Bu dizayn hələ də öz aktuallığını qoruyub saxlayır. Baxmayaraq ki, bəbirlərin nəsli kəsilmək üzrədir və artıq bu heyvanlar "Qırmızı kitab"a daxil edilərək qorunurlar.
Aydan
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi



































