Kürdlər Baş qərargahı istədilər: əks halda...
Bizi izləyin

Dünya

Kürdlər Baş qərargahı istədilər: əks halda...

İraq parlametindəki “Kürdüstan İttifaqı” Baş qərargah rəhbərliyinin kürdlərə verilməsini tələb edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Kürdüstan İttifaqı” qrupunun üzvü Şahavan Abdullah bu postun kürdlərə verilməyəcəyi halda ölkənin müdafiə sistemindən ayrılacaqlarını deyib.

O, parlamentdə təşkil etdiyi mətbuat konfransında Baş qərargah rəhbərliyi üçün baş nazir Haydar Əl-İbadiyə bir neçə şəxsin adını təklif etdiklərini söyləyib. Abdullah onlardan hələ də heç kimin təsdiqlənmədiyini vurğulayıb. Kürd səlahiyyətli baş nazirin 20 gün ərzində onlardan birin sözügedən posta təyin ediləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, İraqın baş naziri Haydar Əl-İbadi iyunun 29-da milliyyətcə kürd olan Baş qərargah rəhbəri Babekir Zebarini təqaüdə göndərib. Baş nazir həmçinin İŞİD-lə mübarizədə “zəif” hesab etdiyi 26 komandiri 12 noyabr 2014-cü ildə vəzifəsindən kənarlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm