15 tələbəni qətlə yetirən şəxsin məktubu tapılıb
Bizi izləyin

Dünya

15 tələbəni qətlə yetirən şəxsin məktubu tapılıb

ABŞ-ın Oreqon çtatında kollecə silahlı basqın etmiş şəxs ölümündən öncə hadisə yerində məktub qoyub.

Publika.az-ın məlumatına görə, NBC News və CBS News rəsmi mənbəyə istinad edərək bildirib ki, hücumu həyata keçirən şəxs məktubda "dünyanın onun əleyhinə olduğunu" yazıb. "Pis yoldayam, qız dostum yoxdur, həyatım yoxdur", - sözləri də onun qoyduğu məktubda yer alıb.

26 yaşlı Kristofer Harper Merser 9 tələbəni öldürüb, 9 nəfəri isə yaralayıb. Özü isə polislə silahlı qarşıdurmaya gedərək hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.

13 silah aşkar edilib

Dünən ABŞ federal təhqiqatçıları Oreqan ştatındakı kollecdə qətlləri həyata keçirən şəxsə məxsus 13 silah ələ keçirib. Onlardan 6-sı məktəbdə, 7-si isə həmin şəxsin evində aşkar edilib.

"Bütün silahla qanuni yolla alınıb və eyni silah satan şirkətinə məxsus olub," deyə Spirtli İçki, Tütün, Silah və Partlayıcılar Bürosunndan Selinez Nunez bildirib. O, mətbuat konfransında deyib ki, silahların hamısını onun özü tərəfindən alınmayıb.

Umpqua Kollecində ələ keçirilən silahlardan 5-i tapança, 1-i isə tüfəng olub.

Atəş açmadan öncə onlardan xristian olub-olmadıqlarını soruşub

Cümə axşamı ABŞ-ın Oreqon ştatında yerləşən kollecdə doqquz nəfərin ölümü ilə nəticələnən silahlı hücumun şahidləri silahlı şəxsin xristianları hədəf aldığını bildirir.

Rəsmilər deyir ki, ağır silahları olan hücumçu səhər saat 10:30 radələrində Umpuqua Kollecinə daxil olub və insanlara atəş açaraq öldürməyə başlayıb. Daha sonra o özü polislə atışma nəticəsində aldığı güllə yarası nəticəsində keçinib.

Hadisənin ən azı iki şahidi silahlı şəxsin insanlara atəş açmadan öncə onlardan xristian olub-olmadıqlarını soruşub. Hüququ mühafizə orqanları silahlı şəxsin 26 yaşlı Kris Harper Merser olduğunu müəyyən ediblər.

Duqlas qraflığının şerifi Con Hanlin cümə axşamı müxbirlərə verdiyi açıqlamada, atışma ilə bağlı əraflı məlumatlar bölüşüb. Lakin jurnalistləri silahlı şəxsin adından istifadə edərək onu lüzumsuz yerə təbliğ etməməyə çağırıb.

Hadisəyə qəzəblənən ABŞ prezidenti Barak Obama atışmadan bir neçə saat sonra çıxış edib. O, Amerika xalqından “sağlam” silah qanunları qəbul etmələri üçün Konqresə təzyiq göstərməsini istəyib. Obama bildirib ki, qanuna riayət edən silah sahibləri də daxil olmaqla, əksər amerikalılar daha sərt silah qanunlarının qəbul edilməsi tərəfdarıdır.

Onun sözlərinə görə, amerikalılar ABŞ-da tez-tez baş verən kütləvi qətllərə, bu məsələ ilə bağlı Ağ Evin bəyanatlar verməsinə, sonra isə daha sərt silah qanunlarının əleyhinə çıxış edənlərin cavablarına öyrəşiblər.

Obama seçicilərdən gələn il keçiriləcək prezident seçkilərində daha sərt silah qanunlarını dəstəkləyənləri və dəstəkləməyənləri yaddaşlarında saxlamalarını istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm