Dünya
Paris terrorçusunun son mesajı ortaya çıxdı: “Gəlin...” - VİDEO
Fransanın paytaxtı Parisdəki “Bataclan” konsert salonunu hədəf alan hücumdan əvvəl terrorçulardan birinin yazdığı mesaj ortaya çıxıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, mesajın göndərildiyi telefon konsert salonunun yaxınlığındakı zibil qutusundan tapılıb.
Mesajda “Gəlin, başlayaq” yazılıb. Telefonda konsert salonu ilə bağlı məlumatlar aşkarlanıb. Mesajın kimə göndərildiyi hələ müəyyənləşdirilməyib. Ancaq mesajın göndərildiyi telefonun yerinin Parisin Alfortville şəhərətrafındakı bir otel olduğu müəyyənləşdirilib. Oteldə aparılan axtarışlarda isə terror hücumunu həyata keçirən terrorçulardan birinə – Abdeslam Salaha aid kredit kartları ələ keçrilib.
Bildirilir ki, əldə olunan məlumatlar istintaq üçün çox əhəmiyyətlidir. Bu məlumatlar hücumun peşəkarlıqla planlaşdırıldığını və kənardan koordinasiya edildiyini göstərir.
-
Region22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı



































