Sosial
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
Artıq yaşı 60-dan yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər.
Publika.az xəbər verir ki, bu, İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılıb.
Millət vəkili Vüqar Bayramov “Baku” TV-yə bildirib ki, bir çox ölkələrdə, xüsusən də Qazaxıstanda pensiya yaşına iki il qalmış şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağandır. Azərbaycanda da bu cür təcrübənin tətbiqinin tərəfdarıdır, çünki pensiya yaşı yaxınlaşan şəxslərin iş tapması çətinləşir.
Hüquq müdafiəçisi Sahib Məmmədov isə bu təklifin həyata keçməsinin çətin olduğunu düşünür. Onun fikrincə, Rusiyada da pensiya yaşı yaxınlaşanların əmək müqaviləsinin ləğv olunmasını qadağan edən qanun qəbul edilib, amma bu mexanizm uğursuz olub:
"Bunun bir neçə səbəbi var, məsələn, müəssisənin ləğv edilməsi və ya işçinin əmək intizamını pozması, alkoqollu içkilər altında işə gəlməsi və ya davaya səbəb olması hallarında nə ediləcək? Yaxşı işçi niyə işdən çıxarılmalıdır?!".
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verməsi qadağandır.
-
Dünya17:41İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
-
Rəsmi xronika14:57Prezidentlərdən bir-birinə simvolik hədiyyələr - VİDEO
-
İdman14:42Yaxın Şərqdəki vəziyyət Formula 1-in planını dəyişir: Bakıda iki mərhələ olacaq?
-
Nida Xəbər 14:24Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı - PAYLAŞIM
-
Magazin114:00Zaur Nəbioğluya vəzifə verildi
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?










.jpg)





.png)























