Fransada terror: 84 ölü, 100-dən çox yaralı - VİDEO/FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Fransada terror: 84 ölü, 100-dən çox yaralı - VİDEO/FOTO (YENİLƏNDİ)

Son məlumatlara görə, Nitsa şəhərində həyata keçirilən terror hücumunda 84 nəfər ölüb, 18-i ağır olmaqla 100-dən çox adam yaralanıb. Ölənlərdən 12-si uşaqdır.

Təxminən saatda 90 kilometr sürətlə hərəkət edən yük avtomobili fişənglərin havaya atılmasını izləyən insanların içinə daxil olaraq 2 kilometr irəliləyib və onların üzərinə atəş açıb. İnsanların çoxu yük avtomobilin altında qalaraq həyatını itirib.

Avtomobili idarə edən silahlı polis tərəfindən zərərsizləşdirilib. Fransa prezidenti avrozona ölkələrinə səfərini yarımçıq dayandıraraq Parisə qayıdıb. Dövlət başçısı fövqəladə vəziyyətin daha 3 ay uzadılacağını söyləyib.

Fransız mətbuatı polisin zərərsizləşdirdiyi silahlının 31 yaşında və Tunis mənşəli olduğunu yazıb. Yük avtomobilindən xeyli miqdarda silah, sursat və partlayıcılar çıxıb.

BMT Təhlükəsizlik Şurası Fransadakı terror hücumunu pisləyib “barbar terror hücumu” adlandırıb. Açıqlamada Təhlükəsizlik Şurasının 15 üzvü qurbanların ailələrinə və Fransız hökumətinə başsağlığı diləyib.

******

Fransanın Nitsa şəhərində terror aktı törədilib.

Bu barədə yerli hakimiyyət orqanları məlumat verib. Çox sayda yaralıların olduğu bildirilir. Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə Bastilaynın alınmasının ildönümü ilə bağlı bayram şənliyində gəzişən insanların üzərinə sürüb. BFM TV telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub. France Press agentliyi isə həlak olanlar barədə məlumat verib.

Məlumata görə, Nitsa şəhərində yük maşınının insan izdihamına çırpılması nəticəsində 73 nəfərin həlak olduğu, yüzdən artıq şəxsin yaralandığı bildirilir. France TV-nin məlumatına görə, bu barədə şəhər prokuroru deyib.

Yük avtomobilini insanların üzərinə sürən sürücü polis tərəfindən güllələnib.

Sosial şəbəkələrdə şahidlər qeyd edirlər ki, avtomobil yüksək sürətlə 300 metr hərəkət edərək qarşısına çıxan insanları əzib. Polis şəhərin mərkəzini nəzarətə götürüb. Hələ ki ölənlər və yaralılar haqqında dəqiq məlumat verilməyib.

Watch video!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm