Dünya
“Qalatasaray”da FETÖ ilə bağlı cinayət işi açılmalıdır”
“Fənərbağça” prezidenti Əziz Yıldırım Türkiyənin NTV telekanalında yayımlanan bir verilişə qonaq olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırımın veriliş zamanı əzəli rəqibləri “Qalatasaray”la bağlı dedikləri ölkədə gündəm mövzusu olub.
Fətullah Gülənin “himmətlərlə, dualarla “Qalatasaray”ı dirçəltməliyik” açıqlamasını xatırladan klub prezidenti 1998-ci ildən bəri bütün çempionluqların yenidən araşdırılmalı olduğunun vacibliyini vurğulayıb: “2009/10 mövsümü araşdırılsın. Bir menecerin başqa klublarda nə qədər oyunçusu var. Dövlət ittihamçıları cinayət işi açmalıdır. “Qalatasaray”dakı FETÖ qruplaşması üzə çıxarılmalıdır. 3 iyulda “Fənərbağça”nın başına gələnlər bir az üstünə gedilsə, “Qalatasaray”ın da başına gələ bilər”.
Xatırladaq ki, İstanbul Cinayət Baş Prokurorluğu “Qalatasaray”ın keçmiş futbolçuları Hakan Şükür, Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmiriz ilə bağlı FETÖ ilə əməkdaşlıqları səbəbindən barələrində həbs hökmü çıxarılıb.
Əli
-
MDB09:16Təyyarə təcili qəza siqnalı verdi, aeroporta qayıdır: Hava limanında hazırlıq görülür
-
İdman08:48Lamin Yamal "Barselona" üçün tarixi rekorda imza atdı
-
Cənubi Qafqaz08:36Paşinyana alma atanın taleyi ilə bağlı yeni xəbər
-
Magazin102:42"Əkiz bacım var, o da yaslara gedir"
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər
-
İdman10 Mart 23:48“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
-
MDB10 Mart 23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü










.jpg)




















