Nida Xəbər
Ermənistana Azərbaycan vasitəsilə 1023 ton taxıl çatdırılacaq
Martın 11-də Rusiya taxılının növbəti partiyası Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.
Publika.az xəbər verir ki, bu partiya çərçivəsində 1023 ton taxıl yüklənmiş 11 dəmir yolu vaqonu göndəriləcək.
Qeyd edək ki, bu, mart ayı ərzində həyata keçirilən ikinci belə böyük daşınmadır. Belə ki, cəmi iki gün əvvəl — martın 9-da 488 ton taxıl daşıyan 7 vaqon Biləcəri stansiyasından Ermənistana doğru yola salınmışdı.
Daşınma prosesi aşağıdakı marşrut üzrə həyata keçirilir:
-
Yola düşmə nöqtəsi: Biləcəri Dəmiryol Stansiyası (Bakı);
-
Sərhəd keçidi: Böyük Kəsik stansiyası vasitəsilə Gürcüstan ərazisinə keçid;
-
Təyinat: Gürcüstan üzərindən Ermənistana çatdırılma.
2025-ci ilin noyabr ayından etibarən bu tranzit marşrutu ilə Rusiyadan Ermənistana ümumilikdə 22 min tondan çox taxıl və 600 tondan artıq gübrə daşınıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq











.jpg)























