Dünya
Millət vəkilləri barəsində həbs qərarı
Məhkəmə HDP-nin həmsədrləri barədə qərar verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə tərəfindən HDP-nin həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksekdağ barəsində həbs qərarı çıxarılıb.
***
Məhkəmə millət vəkili İdris Baluken, Nursel Aydoğan və Leyla Birlik haqqında həbs qərarı çıxarıb.
HDP-nin həmsədrləri Figen Yüksekdağ və Səlahəddin Demirtaş, həmçinin Sırrı Süreyya Öndər və Gülser Yıldırım həbs olunması tələbi ilə məhkəməyə göndərilib.
***
Dünən axşam saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş həbs olunması tələbi ilə ədliyyəyə gətirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Türkiyə Baş prokurorluğundan bildirilib.
Baş prokurorluqdan verilən məlumata görə, Demirtaş səhər saatlarında Diyarbəkr Ədliyyəsində prokurora ifadə verib.
HDP-nin yerli vaxtla saat 10.00-da baş qərargahda mətbuat konfransı keçirəcəyi bildirilir.
Qeyd edək ki, Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının həbsi barədə qərar icra olunub. Proses çərçivəsində HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıb.
Ömər Dağlı
-
MDB16:05Lavrov Berlinə cavab: "Bu, əsl müharibənin başlanğıcıdıe!"
-
Maraq dünyası15:56Rusiya prezidentinin qarşısına pələng çıxdı - ŞOK KADRLAR
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
Avropa10:34Britaniya şokda: Mühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı
-
İdman10:25Günün oyunları - AFİŞA
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır



























.png)




