Rusiya təyyarəsi Tailandda burulğana düşdü - VİDEO
Bizi izləyin

Dünya

Rusiya təyyarəsi Tailandda burulğana düşdü - VİDEO

Burulğan 40 dəqiqi davam edib.

Moskva və Bankok arasında SU270 reysini yerinə yetirən Rusiyanın “Aeroflot” aviaşirkətinin Boeing 777 təyyarəsi bu gün Bankok aeroportuna yaxınlaşan vaxt güclü burulğan zonasına düşüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, burulğan 40 dəqiqi davam edib.

Amma ekipaj təyyarənin aerorporta müvəffəqiyyətli enişinə nail olub. Hadisə nəticəsində 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 19-u xəstəxanaya yerləşdirilib, digərlərinə isə aeroportda tibb yardım göstərilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm