Dünya
ABŞ-ın atom təyyarədaşıyanı İsrail sahillərinə gəldi
ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Corc Buş” təyyarədaşıyanı İsrail sahillərinə gəlib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu, yəhudi dövlətinin ərazi sularına son 17 ildə gələn ilk belə tipli Amerika hərbi gəmisidir.
Təyyarədaşıyan Hayfa şəhərində lövbər atıb və burada dörd gün qalacaq. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın gəmini ziyarət edəcəyi gözlənilir.
Atom təyyarədaşıyanı artıq iki ildir İŞİD terror təşkilatına qarşı əməliyyatlarda iştirak edir. Gəminin göyərtəsində 5,7 mindən çox insan, həmçinin onlarla təyyarə və vertolyot var.
Ömər
.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



































