Dünya
Tramp-Putin görüşü zamanı Rusiya SENSASİYALI ADDIM ATDI
Rusiya öz sərhədlərini yüzlərlə metr Gürcüstan ərazilərinə doğru irəli çəkib.
Publika.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, G20 sammitində Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında danışıqlardan gedən mühüm bir vaxtda Kreml öz sərhəd nişanını işğal olunmuş ərazilərdə - Cənubi Osetiyada bir neçə yüz metr irəliyə çəkib.
Gürcüstanın təhlükəsizlik xidməti bu addımı “qanunsuz” adlandırıb və bildirib ki, onun nəticəsində Qori bələdiyyəsinə məxsus yerli fermer sahələrinə xeyli ziyan dəyib.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili, öz növbəsində, bu addıma etirazını bildirib və beynəlxalq birliyi Rusiyanın bu hərəkətini pisləməyə çağırıb.
“Gürcüstan bütün diplomatik vasitələrdən istifadə edəcək ki, bu uzanan işğal dayandırılsın”, - deyə, o bildirib.
Yerli KİV-in məlumatına görə, nazir Ketevan Tsixelaşvili isə bəyan edib ki, işğal tamamilə açıq və dinamik xətt alır və 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən indiyədək davam edir.
Zaur H.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



































