Dünya
Tramp 1,8 milyon qeyri-leqal mühacirə vətəndaşlıq verəcək
Ağ Ev prezident Donald Trampın İmmiqrasiya barədə qanun layihəsinə dəyişiklik etdiyini və ABŞ-a qanunsuz şəkildə mühacirət edən yetkinlik yaşına çatmayan şəxslərə vətəndaşlıq hüququ verəcəyinə dair güzəştli yeni variantını Konqresə verəcək.
Publika.az xəbər verir ki, hesablamalara görə, ABŞ-a qanunsuz mühacirət edən yetkinlik yaşına çatmamış 1,8 milyon insan var. Yeni varianta görə, daha əvvəl DACA proqramı çərçivəsində ABŞ-da yaşayan 700 min mühacirlə yanaşı, həmçinin proqramda iştirak etmək hüququndan istifadə etməyən 1,1 milyon insan da bu imkanlardan yararlana biləcək. Yeganə şərt budur ki, həmin şəxslər ölkə qanunlarını pozmasınlar. Belə olan halda 10-12 ildən sonra ABŞ vətəndaşlığı ala biləcəklər.
ABŞ prezidenti Donald Tramp bu güzəştinə qarşılıq tələb edəcək. Belə ki, Tramp bunun qarşılığında Meksika ilə sərhəddə tikiləcək səddin inşasına 25 milyard dollar ayrılmasını və immiqrasiya siyasətində nəzərəçarpacaq dəyişikliklər, xüsusən mühacir ailələri üçün dəstəyin ixtisarını və viza lotereyasının bəzi ölkələr üçün ləğvini tələb edəcəyini bildirib.
Prezident administrasiyası bunu “səxavətli təklif” adlandırır. Qanun layihəsi demokratlar və respublikaçılar arasında sazişə nail olmaq üçün real imkan kimi təsvir edilir.
Məlumata görə, dəyişiklik edilən qanun layihəsi fevralın 5-də - ABŞ dövlət müəssisələrinin maliyyələşməsinin yenidən başa çatmasına 3 gün qalmış konqresmenlərə rəsmən təqdim olunacaq.
Könül Cəfərli
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu






















.jpg)







.jpg)


