Dünya
Ankaradan ABŞ-a NOTA: “Özümüz məhv edəcəyik”
Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatı müzakirə etməyəcək.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ölkə telekanallardan birinin efirində bildirib.
“Afrində Amerika hərbçiləri yoxdur. Orada vaxtaşırı yalnız ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olurlar. Buna görə də ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyac yoxdur”, - türkiyəli nazir deyib.
Çavuşoğlu Vaşinqtonu yenidən YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücləri –red.) silah çatdırılması siyasətindən imtina etməyə çağırıb: “Türkiyə-Amerika münasibətlərinə zərər vermək lazım deyil. Əgər biz müttəfiqləriksə, ABŞ bu addımı atmağa məcburdur. ABŞ bunu etməsə və bu təhlükəni aradan qaldırmasa, onda biz özümüz bu təhlükəni məhv etməliyik”.
O vurğulayıb ki, Türkiyə ABŞ-a etibar etmir. Nazir Vaşinqtonun Suriya üzrə daha əvvəllər verdiyi vədləri yerinə yetirmədiyini xatırladıb.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson və prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmester Ankaraya səfər edəcək. Makmaster həftəsonu, Tillerson isə gələn həftə Türkiyədə olacaq.
Ömər Dağlı
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya18 Sentyabr 13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz18 Sentyabr 11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA







.jpg)





.jpg)













.jpg)





.jpg)




