Türkiyənin dünyanı qorxuya salan MÖHTƏŞƏM YERLİ HƏRBİ TEXNİKALARI - FOTO
Bizi izləyin

Dünya

Türkiyənin dünyanı qorxuya salan MÖHTƏŞƏM YERLİ HƏRBİ TEXNİKALARI - FOTO

İnkişaf edən sənaye ilə birlikdə silah istehsalı da gün keçdikcə başdan-ayağa yenilənir və inanılmaz bir gücə sahib olur.

Publika.az xəbər verir ki, “Business İnsider” dünyanın ən güclü silahlarına sahib ölkələrin siyahısını təqdim edib.

Siyahının ilk beşliyində təxmin olunduğu kimi ABŞ, Rusiya, Çin, Hindistan və Fransa yer alıb. Türkiyə ən güclü ordular sıralamasında İngiltərə və Yaponiyadan sonra 8-ci pillədə qərarlaşıb. Siyahının ilk onluğunu Almaniya və Misir tamamlayıb.

Son dövrlərdə keçirdiyi əməliyyatlar, təşkil etdiyi hərbi hərəkatlar, özəlliklə, “Zeytun budağı” və Rusiyadan alınan S-400 havadan müdafiə sistemi ilə adını dünyaya həm də güclü bir hərbi sənaye ölkəsi kimi tanıtdıran Türkiyə yerli hərbi texnologiyası ilə ön sıralarda qərarlaşır.

ANKA

TUSAŞ və TUSAŞ Motor Sənayesi platformaları motor ehtiyacını qarşılamaq üçün 2014-cü ildə razılaşma əldə edərək, “Motor Modifikasiya Layihəsi”nin icrasına başlayıb. ANKA adlı təyyarələr məhz bu layihə sayəsində pilotsuz aparatlara çevirilib. Çalışmalar 155 at gücündə, 165 kq ağırlığı olan bir motorun üzərində aparılıb. Bu modifikasiya sayəsində motorun verdiyi güc və elektrik istehsalı artırılaraq pilotsuz təyyarələrdə istifadəyə verilib.

“Atak” helikopteri

Türkiyənin yerli istehsal şəbəkəsi daha bir uğurlu işə imza atıb. Bu hücum və kəşfiyyat helikopteri olan “Atak” layihəsidir. Layihə 1995-ci ildə start götürüb. İtaliyanın “AgustaWestland”, TUSAŞ və ASELSAN-nın ortaq işi olan ATAK T-129 helikopteri ilk sınağını 2009-cu ildə İtaliyada gerçəkləşdirib.

“SOM” RAKETİ

“TÜBİTAK SAGE” tərəfindən düzəldilən və istehsalını “Roketsan” şirkətinin həyata keçirdiyi bu raket 180 km mənzilə sahibdir.

“CİRİT” RAKETİ

“Cirit” də Türkiyənin raket və raket sistemləri istehsalçısı olan “Roketsan” tərəfindən düzəldilib. Xəfif zirehli, sabit və hərəkətli hədəflərə qarşı yüksək həssaslığı olan bu raket ATAK helikopterlərinə də quraşdırılıb.

ZIPQIN

Türkiyənin ilk yerli avtomobilə bərkidilmiş silahı olan Zıpqın 2004-cü ildə orduya təhvil verilib. Bu silah Sərhəd Təhlükəsizlik Sisteminin Hatay bölməsində xidmət göstərir. Zıpqının sayəsində sərhədə yaxınlaşan təyyarələr və digər vasitələr təsbit edilir və mərkəzə bildiriş göndərilir. Sərhəddəki bütün görüntülər tək mərkəzdə toplanır və kameralar təhlükə daşıyan bütün yad cisimlərə tuşlanır. Radar qarışdıran cihazlara sahib bu sistem hər növ təhlükədən xəbərdar ola bilir.

FIRTINA

Bu silah aşağı sürətdə yüksək traektoriyalardakı mərmilərin atılması üçün qısa bir quruluşa malikdir. Fırtına 25 km uzaqdakı mənzilə atdığı atışlarda bir hədəfi üç fərqli nöqtədən vura bilmək özəlliyinə sahibdir.

“LUMTAS” RAKETİ

Lumtas raketi lazerlə təchiz edilib. Bu silahın sınaqları və Atak helikopterinə inteqrasiyası üçün işlər ötən il başa çatıb.

“ALTAY” TANKI

“Altay” Türkiyənin istehsal etdiyi 3-cü nəsil müharibə tankıdır. Hazırda detallı şəkildə dizayn edilmə mərhələsindədir. “Avtokar” şirkəti tərəfindən istehsal edilən tank Türkiyə Silahlı Qüvvələrinin gerçəkləşdirə biləcəyi hər növ hərəkatda xidmət göstərə bilər.

Bu tank istehsal edilərkən BMT və NATO-nun silah ehtiyacı diqqətdə saxlanılıb. Buna görə də “Altay” müasir tanklarda istifadə edilən ən yeni texnologiyalara sahibdir.

“HİSAR” RAKETLƏRİ

“Hisar” raketləri Türkiyə Silahlı Qüvvələri, hərbi baza, təsis və birliklərin hava hücumlarından qorunması məqsədilə dəyişə bilən atış və əmr nəzarəti infrastrukturuna uyğun şəkildə hazırlanıb. Bu raketlər sabit və fırlanan qanadları olan təyyarələrə, havadan quruya atılan raketlərə və pilotsuz təyyarələrə qarşı istifadə oluna bilir. 10+, 16+ km mənzilə sahibdir.

ASLAN

“Aslan” zirehli tankları müharibənin şiddətinə bağlı olaraq 22-25 at gücü/ton ağırlığında, avtomatik sürət qutulu, ana müharibə tankları ilə ortaq hərəkət etmə qabiliyyətinə malikdir. Bu tank fərqli sistemlərin tətbiq edilməsi sayəsində hər növ vəzifəni icra edə bilir. “Aslan” ballistik materiallardan emal edilir. Gövdəsi sukeçirməzdir. Daşıdığı yük yeri ilə genişləndirilmiş sürücü bölməsi tankın ön hissəsində yer alıb. Nişançı və komnadir bölməsi isə orta hissədə yerləşdirilib. Arxa qismə isə 8 nəfərlik heyət yerləşə bilir.

PARS 4X4

Pars 4X4 irəlini görmə, anti-tank məqsədilə istehsal edilən bir maşındır. Bu texnika bütün əməliyyatlarda ehtiyaclara cavab verəcək formada düzəldilib. 2 metrə yaxın uzunluğu olan bu maşına 5 nəfər yerləşir. Heç bir hazırlığa ehtiyac olmadan dərin və sürətli su hövzələrində işləyə bilir. Maşının sudakı manevr qabiliyyəti arxasında yerləşdirilən iki su jeti sayəsində əldə edilir. Maşın suda pivot (nöqtə) dönüşü edə bilir və suda geriyə istiqamət götürür.

Pars mina və əllə hazırlanmış bombalara qarşı dözümlüdür. Gövdəsi ballistik materialdan hazırlanıb. CH-47 Çinok təyyarəsi daxil olmaqla, hər növ hərbi yük təyyarəsində daşına bilir.

ANKEROT

Ankerot Konya şəhərində, xüsusilə, Şərq və Cənub-şərq sərhədlərində PKK terror təşkilatına qarşı mübarizə aparan hərbi qüvvələr üçün istehsal edilib. Bu tanka bənzəyən, uzaqdan idarə edilən, kiçik pilotsuz maşındır.

KORAL

“Koral” ASELSAN tərəfindən istehsal edilib. Hədəf ölkənin radarlarını yayındırıb işləməz hala gətirir. Bu Mobil Elektronik Hərb Sistemi Hava Qüvvələrində xidmət edir. Hərbi-taktiki maşınlara bağlanır və bir dəstək sistemi sayəsində hücum maşınına çevrilə bilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm