Dünya
Qarabağa gətirilməsi planlaşdırılırdı - Rusiyanın “məxfi ordu”su haqda ŞOK AUDİOYAZI
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın şəxsi hərbi şirkəti olan “Vaqner qrupu” barədə audioyazı dərc edib.
Publika.az xəbər verir ki, bu barədə “Obozrevatel” nəşri məlumat yayıb. Audioyazıdan məlum olur ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı Suriya münaqişəsində “Vaqner qrupu”nun muzdurlarının iştirakını planlaşdırır.
Qeyd edilir ki, audioyazı rəsmi Moskvanın “Vaqner qrupu” ilə bağlılığını sübut edir.
“2015-ci ilin əvvəlində Bəşər Əsədin qoşunlarına dəstək olaraq Suriyaya göndərilmə üçün hərbi kontingentin formatı haqqında məsələ Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının rəhbərliyi ilə həll edilirdi. Quru əməliyyatının iki variantına baxılırdı: Rusiyanın nizami qoşunları və ya muzdlu bölmələrindən istifadə. İkincisi pilot layihə kimi Ukraynanın ərazisində reallaşdırılmışdı”, - xəbərdə deyilir.
Ukrayna Təhlükəsizlik Xidmətindən qeyd ediblər ki, qərar “Vaqner qrupu”nun xeyrinə qəbul edilmişdi. Qeyd edilir ki, əsas arqument kimi Suriyada döyüş əməliyyatları zamanı Rusiya hərbi qulluqçularının həlak olmasının doğuracağı mənfi rezonans göstərilib.
Qeyd edək ki, “Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, “Vaqner qrupu” 2014-də Donbasda, sonradan isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. KİV-lər rusiyalı muzdluların Suriyada döyüşlərdə iştirakına dair dəfələrlə sübutlarla çıxış edib. Məsələn, Rusiyanın “Fontanka” nəşri “Vaqner qrupu”nun Suriyada itkilərini onun tərkibində vuruşanlara istinadən bir neçə dəfə yazıb.
2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür. Saytın yazdığına görə, bu ordunun Rusiya Müdafiə Nazirliyi Baş qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olduğu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub.
Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib.
"Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var", - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib.
Sayt qeyd edir ki, bu qrup öz effektivliyini sübut etdiyi üçün onun ləğvi haqda düşünülmür.
Lakin bütün bu informasiyalar heç bir halda rəsmi təsdiqini tapmayıb. Rusiya Müdafiə Nazirliyi isə jurnalistlərin araşdırmalarını “mif” adlandırıb. Hətta, Moskva ötən ay Suriyada yüzlərlə Rusiya muzdlusunun öldürülməsi barədə xəbərləri də təkzib edib.
Qeyd edək ki, fevralın 7-də Suriya ordusu tərəfində vuruşan döyüşçülər Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın vertolyotlarından atəşə tutulub. Məlumata görə, rejim tərəfdarları hökumət qoşunlarının postlarına atəş açan terrorçuların məhv edilməsi üçün keçmiş neft emalı zavodu istiqamətində kəşfiyyat-axtarış hərəkətlərini icra edirdi.
Bir başqa iddiaya görə, Suriya ordusu tərəfində vuruşan döyüşçülər, həmçinin İrandan olan hərbçilər ölkənin ən zəngin neft yataqlarına malik olan bölgədə portativ körpülərin köməyilə Fərat çayının şərqinə keçib. Onların ümumi sayının təxminən 500 nəfər olduğu deyilir. İtkilərin sayı barədə isə informasiyalar fərqlidir. Bəzi KİV-lərin yazdığına görə, hücum nəticəsində 100-dən çox döyüşçü ölüb.
Lakin rusiyalı vəkil Mark Feyqin fərqli bir iddia səsləndirib. Vəkil Tvitter səhifəsində yazıb ki, ABŞ-ın aviazərbələri nəticəsində Rusiyanın şəxsi hərbi şirkəti olan “Vaqner qrupu” 215 nəfər itki verib.
“”Vaqner qrupu”ndakı insanlarla ünsiyyət saxlayan şəxs bildirdi ki, Suriyada Fərat çayının sahilində ölən muzdluların sayı 215 nəfər olub”, - o yazıb.
Bəzi mənbələr isə “Vaqner qrupu”nun 300-dən çox muzdlusunun aviazərbələr nəticəsində öldüyünü bildiriblər.
Ömər Dağlı
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır