Dünya
Dünyada ən uzun metro xətti bu şəhərdədir - 420-dən çox stansiyası var
Çinin iqtisadi və maliyyə mərkəzi olan Şanxayda yeni metro stansiyalarının istifadəyə verilməsi ilə metro xətlərinin ümumi uzunluğu 705 kilometrə çatıb.
Publika.az xəbər verir ki, Şanxay bununla dünyada ən uzun metro xəttinə sahib olan şəhər statusunu daha da möhkəmləndirib. Yeni istifadəyə stansiyalar 5-ci və 13-cü xətlərin üzərində yerləşir. Bu xətlər şəhər mərkəzini ətraf ərazilərlə birləşdirir.
Qeyd edək ki, 1993-cü ildə 4,4 kilometrlik Cənub Dəmir yolu stansiyası-Xuciahuy xətti ilə istifadəyə verilən Şanxay metrosunda hazırda 17 xətti və 420-dən çox stansiyası fəaliyyət göstərir. Dünyada ən sürətlə inkişaf edən yeraltı dəmir yolu nəqliyyatı olan Şanxay metrosundan ötən il 3 milyard 536 milyon sərnişin istifadə edib. Gündəlik sərnişindaşıma qabiliyyəti təxminən 10 milyona çatan Şanxay metrosunun uzunluğunun 2023-cü ilədək 1154 kilometrə, xətlərin sayının isə 27-yə çatdırılması planlaşdırılıb.(Azertac)
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış






.jpg)
.jpg)























