Dünya
Azərbaycan Türkiyəyə nota verdi
“Türkiyənin Ankara şəhərində bu il martın 29-da
Azərbaycanın Türkiyədəki səfirliyinin diplomatı, səfirliyə məxsus
diplomatik dövlət nişanlı rəsmi avtomobillə ailə üzvləri ilə
birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmamasına
baxmayaraq polislər tərəfindən kobud sürətdə
dayandırılıb”.
Publika.az məlumatına görə, bu barədə Azərbaycanın
Türkiyədəki səfirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, polislər diplomatı
təhqir ediblər:
“Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir
edib, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına
tamamilə zidd bir şəkildə davranılıb, polislər tərəfindən güclü
fiziki güc tətbiq olunub. Məsələ ilə bağlı həmin gün Türkiyə XİN-ə
nota ünvanlanıb, DİN-də polislər haqqında təhqiqat prosesi
başladılması ilə yanaşı Ankara şəhər Baş Prokurorluğunda da cinayət
işi açılıb. Proses hazırda davam etməkdədir. Azərbaycanın
Türkiyədəki səfirliyi məsələni yaxından izləməkdədir”.
-
Region22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı
































