Dünya
Ordu helikopterləri havaya qaldırdı - Bu günə qədər ən güclü...
Rusiya Hərbi Hava Qüvvələri 2 ədəd “Mi-28NM - Gecə ovçusu” helikopteri ilə təchiz edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Helikopterləri şirkətinin baş katibi Andrey Boqinski danışıb.
Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosteh”in nəzdində fəaliyyət göstərən RH-ya rəhbərlik edən Boqinski bildirib ki, gələn il orduya eyni tipdən əlavə 6 ədəd helikopter veriləcək.
Mil Helikopter Fabrikinin baş dizayneri Vitali Şerbina yeni Mi-28MN helikopterlərinin Rusiyada ilk dəfə istehsal olunan “havadan havaya” və “havadan quruya” çoxfunksiyalı, lazerli raketlərlə təchiz olunacağını açıqlayıb. Yeni raketlərin həm qurudakı, həm də suyun üzərində və altındakı hədəfləri məhv edə bildiyinə diqqət çəkən Şerbina raketin uzunmənzilli olduğuna görə helikopterin düşmənin hava hücumundan müdafiə komplekslərinin radarına düşmədən hədəfləri yox edə bildiyini qeyd edib.
Şerbina vurğulayıb ki, helikopterlər Rusiyada bu günə qədər istehsal olunan ən güclü tank əleyhinə raketlər olan 1,2 metr qalınlığında zirehi deşə bilən “Xrizantema-M” raketləri ilə də təchiz olunacaq.
Həm pilot, həm də köməkçi pilot tərəfindən idarə edilməsi mümkün olan “Gecə ovçusu”nda yenilənmiş radar sistemi, yeni nişanalma, naviqasiya, müasirləşdirilmiş motorları və helikopteri temperatur lazerli raketlərdən qoruyan lazer müdafiə sistemi də olacaq.
İlk dəfə 1971-ci ildə SSRİ ordusunun arsenalına daxil edilən Mi-24 hücum helikopterinin müasirləşdirilməsi ilə ərsəyə gələn Mi-28 1982-ci ildə ilk uçuşunu həyata keçirib. Gecə də bütün potensial imkanlarından istifadə edə bilən Mi-28 2016-cı ildə Suriyada terrorçularla mübarizədə istifadə olunub.
Rusiyanın dövlət başçısı Vladimir Putin ötən il may ayında verdiyi açıqlamada 2028-ci ilə qədər Rusiya ordusuna 100 ədəd Mi-28NM helikopteri təhvil veriləcəyini bildirmişdi.
Zümrüd
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri














.png)



















