Dünya
Bu proqramla hər kəs özünü qocaldırdı, artıq geriyə yol yoxdur: DEMƏ... - BÖYÜK ŞOK
Son günlərin qəribə trendindən heç birimiz geri qalmaq istəmirik.
Publika.az xəbər verir ki, “FaceApp” adlı məşhur proqrama fotoşəkilinizi yükləyərək bir anda cild dəyişə, gəncləşə və qocala bilərsiniz.
İlk baxışdan sadə mobil əlavə kimi görünən “FaceApp” proqramını telefonunuza yükləyəndə təsdiqlədiyiniz bir sıra şərtlər olur. Məsələn, "FaceApp" fotonuzu istədiyi kimi istifadə edə, qocalıq şəkillərinizdən sizdən izin almadan reklam qismində yararlana bilər. Həmçinin fotonu yayımladığınız an istifadəçi adınızı və məkanınızı digər istifadəçilər rahat görə bilirlər.
Təəccübləndiniz? Axı proqramı telefonunuza yükləyəndə bu şərtlərlə avtomatik razılaşmısınız.
"FaceApp" trendinin əsas qəhrəmanları isə Hollivud və dünya ulduzlarıdır. Bu, həmçinin hazırda İOS və Android siyahısında ən çox yüklənən mobil əlavədir.
Xatırladaq ki, 2017-ci ildə rus proqramçılar belə bir əlavə hazırlamışdılar. Lakin bir sıra əskik məqamlar vardı. "FaceApp"ın bir üstünlüyü də odur ki, istifadəsi ödənişsizdir. Onu hazırlayan şirkət “Wireless Lab” adlanır. Şirkətin qurucusu Rusiyanın Sankt Peterburq şəhərinin sakini Yaroslav Qonçarovdur. Qonçarov həmçinin "Yandex"in idarə heyətində də təmsil olunur.
Yəqin onu da deməyə gərək yoxdur ki, "FaceApp" öz təxminlərini nümayiş etdirmək üçün zəkadan yararlanır. Bu isə o deməkdir ki, proqram üz tanıma texnologiyasının arxivini zənginləşdirir.
Təəssüf ki, proqramı telefonunuza yüklədikdən sonra geriyə dönüş olmur. Çünki kortəbii şəkildə bütün şərtlərlə razılaşırsınız. Hətta fotonu silsəniz də "FaceApp"ın yaddaşında qalır. Üstəlik ziyarət etdiyiniz səhifələr də "FaceApp"ın yaddaşına yazılır və telefonunuzdakı bütün materiallar asanlıqla izlənilir.
Amma dünyanın saf niyətli sakinləri hələ də qocalıq fotolarını paylaşmaqdan zövq alır.
Qorxmayın, hamımız gəmidəyik. Batsaq, birgə batacağıq.
Leyla Sarabi
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"























.jpg)









.jpg)
