Şok: İŞİD peyğəmbərin qəbrini dağıtdı
Bizi izləyin

Dünya

Şok: İŞİD peyğəmbərin qəbrini dağıtdı

İraqda İŞİD daha bir dəhşətli addım atıb.

Publika.az-ın məlumatına görə, terrorçular Mosul şəhərində baltalarla köhnə daş qəbirləri dağıdıb. Həmin qəbrlərdən birinin müsəlman və xristianlar üçün müqəddəs sayılan Yunus peyğəmbərə aid olduğu bildirilir.

İŞİD iddia edir ki, müəslmanlar üçün müqəddəs sayılan və dua edilən bu qəbrlər islamda qəbul edilmir. Ona görə də terrorçular qəbrləri dağıdıb.

Qeyd edək ki, İŞİD ötən ayın əvvələrindən İraqda ordu qüvvələrinə qarşı hücumlara keçib. İyunun 9-da ölkənin böyük şəhərlərindən biri olan Mosulu ələ keçirib.

İŞİD ələ keçirdiyi şəhər və rayonlarda şəriət qaydalarını tətbiq edəcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm