Dünya
Tükürpədici olay: Həyat yoldaşı və 12 yaşlı qızını öldürdü
Türkiyədə həyat yoldaşı və körpə qızını öldürən şəxs intihara cəhd edib.
Publika.az xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.
Barış məhəlləsindəki mənzilin birinci mərtəbəsindəki evin eyvanına çıxan 12 yaşındakı Ekin Kösenin “kömək edin, atam anamı öldürür”, qışqırıqlarından sonra vətəndaşlar polis və 1 təcili yardıma məlumat verib. Hadisə yerinə gələn qruplar 35 yaşlı Esma Polatın öldüyünü müəyyənləşdiriblər. Xəsarət alan 40 yaşlı Birol Köse və qızı Ekin xəstəxanaya yerləşdirilib. Ekin Köse həkimlərin cəhdlərinə baxmayaraq vəfat edib.
Məlum olub ki, Birol Kösenin keçmiş həyat yoldaşı Esma Polatı öldürdükdən sonra silahla eyvana çıxaraq qızına atəş açıb.
Hadisənin şahidlərindən biri olan İlhami İtmiş Ekin Kösenin sözlərinə görə, 12 yaşlı qız eyvanda kömək istəyəndən sonra evə qayıdıb və atası tərəfindən qətlə yetirilib.
Qeyd edək ki, şübhəlinin müalicəsi davam edir.
Tağı Həsənov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
