Materikdə vəziyyət gərginləşir - Ölkələr təşvişdədir
Bizi izləyin

Dünya

Materikdə vəziyyət gərginləşir - Ölkələr təşvişdədir

Avrasiya ölkələrində COVID-19-a yoluxma faktları artmaqda davam edir.

Publika.az xəbər verir ki, son 24 saat ərzində Ukraynada 829, Ermənistanda 665, Qırğızıstanda 95, Gürcüstanda 5 yeni yoluxma aşkarlanıb.

Ukraynada yeni tip koronavirusa gündəlik yoluxma faktı bu gün ən yüksək səviyyəyə çatıb və ümumi say 34 mini keçib. Ölkənin Səhiyyə naziri Maksim Stepanov son sutka ərzində yoluxanlardan 61-nin uşaq, 66-nın səhiyyə işçisi olduğunu bildirib. Nazir ölüm sayının 23 nəfər artaraq 966-ya çatdığını açıqlayıb. Sağalanların sayı isə 15 min 447 olub. Nazirin müavini Viktor Lyaşko yoluxmanın artmasına səbəb olaraq karantin rejiminin yumşaldılmasını göstərib. Onun sözlərinə görə, yaxın zamanlarda ölkədə sərt karantin rejiminə keçid ediləcək.

Ermənistan Səhiyyə Nazirliyinin hesabatına görə, son 24 saat ərzində 665 nəfərdə virus aşkarlanıb. Bununla ümumi yoluxma 18 min 698-ə çıxıb, ölü sayı 7 nəfər artaraq 309 olub.

Qırğızıstan Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev son sutkada 95 nəfərin xəstəliyə yoluxduğunu, bununla xəstə sayının 2 min 657-yə çatdığını açıqlayıb. Ölkədə bu günədək 31 nəfər ölüb, 1933 nəfər sağalıb. 693 nəfərin müalicəsi davam edir.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün axşam saatlarından bəri 59 nəfərdə virus aşkarlanıb. Beləliklə, ümumi yoluxma sayı 5 min 697 nəfərə çatıb. Bu günədək 4 min 131 nəfər sağalıb. Ölkədə 850 min test aparılıb, 51 nəfər müşahidədə saxlanılır. 1547 nəfərin müalicəsi davam edir.

Gürcüstan hökumətindən verilən açıqlamada isə son 1 gündə 5 nəfərdə virusun aşkarlandığı bildirilib. Ümumi say bununla 896-ya çatıb. 739 nəfər sağalıb, 14 nəfər ölüb. Ölkədə 267 nəfər müşahidədə, 2 min 710 nəfər karantində saxlanılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm