Dünya
İkinci dalğanı yaşayan ölkələrdə AĞIR VƏZİYYƏT: 400 min insan bir gündə...
Çinin paytaxtı Pekin yaxınlığında yerləşən Hubey vilayətinin Anşin qəsəbəsində küçəyə çıxma qadağası yenidən tətbiq edilib.
Publika.az xəbər verir ki, 400 min insanın yaşadığı qəsəbədə hər evdən yalnız 1 nəfər gündə 1 dəfə küçəyə çıxa bilir.
Koronavirus pandemiyasının ikinci dalğası təşvişi yaşanan ölkədə xalqın qabaqlayıcı tədbirlərə dəstək verməsi çağırışları edilir.
COVID-19 xəstəliyi ilə mübarizə sayəsində örnək ölkələrdən biri olan Avstraliyada da yoluxma saylarında yenidən artım yaşanıb. Gündəlik yoluxma sayı 5-ə enən ölkədə normallaşma prosesinin başlaması ilə yoluxma gündəlik 100-ə qədər çıxıb.
Sərt karantin rejimini yumşaldan Almaniyada yoluxma faktlarında dalğalanma var. Ölkədə son 9 günün statistikası belədir: 556, 359, 544, 659, 476, 531, 614, 290 və 175.
İkinci dalğa kabusu yaşayan ölkələr sırasında Braziliya da yer alıb. Ölkədə pandemiyanın ilk mərhələsi keçmədən belə kabus yaşanır. Braziliyada gün ərzində 40 minə yaxın insan koronavirusa yoluxur. Meksika və Panamada da vəziyyət gərginləşir.
Asiya ölkələrindən Hindistan, Pakistan və Banqladeş başda olmaqla, bir çox ölkədə yoluxanların sayı artır. İndoneziyada gündə 2 min nəfər xəstələnir, Sinqapurda 200 nəfər infeksiyaya yoluxur.
Körfəz ölkələrindən Qətər, Səudiyyə Ərəbistanı, Oman, BƏƏ və Küveytdə gündəlik yoluxma sayları olduqca yüksəkdir. Burada, orta hesabla, 2000 nəfər virusa yoluxur.
Zümrüd
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz














.jpg)



















