Dünya
Kosmosda TƏHLÜKƏ: Stansiyadan hava sızır
Beynəlxalq Kosmik Stansiyada hava sızıntısı müşahidə olunub.
Publika.az RİA Novosti-yə istinadən bildirir ki, vəziyyət hələlik stansiya və heyətin təhlükəsizliyinə təhdid doğurmur.
“Roskosmos”dan verilən məlumata görə, sızıntı stansiyanın amerikan seqmentində meydana gəlib. Modullarda təzyiq normallaşdırılana qədər stansiyanın ekipajının “Zvezda” moduluna köçürülməsinə qərar verilib.
NASA-nın məlumatına görə, böyük təhlükə olmasa da, vəziyyət sızma mənbəyini tapmağı və lazım gələrsə, təmir işləri aparmağı tələb edir. İlkin nəticələr gələn həftə bəlli olacaq.
“Sızıntının miqdarı bir az artıb, ona görə mütəxəssislər onun mənbəyini tapmaq planı üzrə çalışırlar. Sızıntı hələlik yolverilən həcmdədir və kosmik stansiyanın heyəti üçün qorxusu yoxdur”, - NASA-dan bildiriblər.
Aerokosmik Agentlikdə həmçinin qeyd ediblər ki, 2019-un noyabrında da BKS-də hava sızıntısı müşahidə olunmuşdu.”Stansiyanın gündəlik işi, o cümlədən açıq kosmosa çıxışlar, gəmilərin gəlib-qayıtmaları səbəbindən sızıntının səviyyəsini ölçmək üçün lazımi məlumat toplamaq xeyli vaxt aldı”, - NASA-dan deyiblər.
Yaxın günlərdə stansiyada bütün bölmələrin lyukları açılacaq ki, mütəxəssislər hər bir seqmentdə havanın təzyiqini müəyyənləşdirə bilsinlər.
Hazırda BKS-də Rusiyadan Anatoli İvanişin və İvan Vaqner, ABŞ-dan isə Kristofer Kessidi növbətçilik aparırlar.
Kosmik Siyasət İnstitutunun rəhbəri İvan Moiseyevin fikrincə, sızıntıya klapanın sınması, bərkidicinin qopması, yaxud da xırda kosmik zibilin sürətlə korpusadəyməsi səbəb ola bilər, ancaq bunun qəsdən yaradılan problem olması ağlabatan deyil.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





