Dünya
Pakistanda bina uçdu - Ölən və xəsarət alanlar var
Pakistanın cənubunda yerləşən Karaçi şəhərinin Lyari bölgəsində ikimərtəbəli binanın çökməsi nəticəsində azı iki nəfər ölüb, xeyli sayda yaralı var.
Publika.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Yaralılar Karaçi Mülki Xəstəxanasına aparılıb.
Binanın çökməsi barədə danışan şəhər valisi İmran İsmayıl itkilər barədə məlumat verib və dəyən ziyanın ödənəcəyini bildirib.

"Sindh Bina Nəzarət İdarəsi Karaçi üçün bir kabus oldu. İdarə üçün strategiyamızı yenidən qurmalıyıq. Bu, heç bir nəticə vermir", - İ.İsmayıl Tvitter hesabında yazıb.
Şəhər deputatı hadisəni "kədərləndirici" adlandırıb və xilasetmə əməliyyatını sürətləndirməyə çağırıb. Səlahiyyətlilər diqqətsizlik nümayiş etdirən Sindh Bina Nəzarət İdarəsinin zabitlərinin həbs edilməli olduğunu söyləyiblər.
Bu hadisə bir həftə ərzində şəhərdə uçan ikinci, ilin əvvəlindən bəri isə dördüncü hadisədir.
Akqabay
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























