Dünya
Növbəti 20 ildə dünyanı gözləyən DƏHŞƏTLİ TƏHLÜKƏLƏR
Dünya İqtisadi Forumu (WEF) üçün qələmə alınan yazıda növbəti 20 ildə ortaya çıxa biləcək 3 dağıdıcı risk gündəmə gətirilib.
Publika.az xəbər verir ki, bunlar bioloji təhlükələr, kiberhücumlar və kosmik müharibələrdir.
Bioloji təhlükələr
Koronavirus pandemiyasının səbəb olduğu böhran dünya iqtisadiyyatını və səhiyyə sistemini uçurumun astanasına gətirdi. Pandemiyadakı yeganə əhəmiyyətli nöqtə gələcəkdə ölümcül patogen ehtiva edən bir virusa daha yaxşı hazırlaşmaq və mövcud potensialı artırmaqdır. Sənəddə pandemiyanı müşahidə və bilgi mübadiləsində dövlətlər arasında əməkdaşlığın sıx olmadığı bildirilib. Qeyd edilib ki, gələcəkdə ortaya çıxa biləcək bioloji təhlükələrin kökünü müəyyənləşdirmək və yayılmasının qarşısını almaq sadəcə bir xalqı maraqlandıran hadisə olmayacaq. Eyni zamanda, beynəlxalq və milli iqtisadi, siyasi və təhlükəsizliklə bağlı böhranların qarşısını almaq marağı daşıyacaq.
Belə ki, daha böyük təhlükələrin qarşısını ala bilmək üçün üz maskaları və sərinkeşlərdən daha çox təchizata, bunları təmin edə bilmək üçün daha sürətli hərəkətlərə və əməkdaşlığa ehtiyac olacaq.
Kibertəhdidlər
ABŞ-ın bir neçə dövlət qurumunun sistemlərinə edilən nəhəng kiberhücumların əks-sədaları davam edərkən gələcəkdə böyük risk daşıyan mövzulardan birinin kibertəhlükəsizlik olduğu bildirilir. Bu məsələdə ehtimal edilən əskikliklər maliyyə baxımından tükənmə, infrastrukturun çökməsi, nüvə və bioloji təsislərin işinə əngəl təşkil edə bilər.
Kosmik müharibələr
Peyk saylarının artımı, özəl sektorun kosmik yarışlara qatılması, dövlətlərin güc siyasəti, iqtisadi rəqabət və kosmosun sülh ilə müharibə arasındakı məsələlərdə kritik əhəmiyyəti onun getdikcə daha mübahisəli və rəqabətcil hala gəlməsini təmin edib. “Kosmik zibilxana”nın sürətlə böyüməsi və kosmosun hərbiləşdirilməsi potensial risklər və münaqişə üçün təhdid olaraq dəyərləndirilir. Son illərdə ictimai və özəl sektor oyunçularının suverenliklərini ortaya qoymağa çalışması və ya kosmik texnologiyaların qazanc gətirən fürsətlərindən yararlanmağa çalışmaqla kosmos daha münaqişəli vəziyyətə gəlib. Bir çox dövlətin “Kosmik Qüvvələr” yaratması və peyklərə qarşı silah sınaqları aparması kosmosun hərbiləşdirilməsinin sübutudur.
İnsanlıq gündəlik həyat üçün lazım olan mülki uçuşlar, mobil telefon, internet, GPS və tele-tibb kimi xidmətlərə görə geridönüşü olmayacaq şəkildə kosmosdan asılı vəziyyətdə qalıb.
Zümrüd
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?