Dünya
Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi
2020-2021-ci illərdə Tacikistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etməsi ilə bağlı Xarici İşlər Nazirliyində brifinq keçirilib.
Publika.az xəbər verir ki, brifinqdə nazirliyin MDB ölkələri idarəsinin rəisi, Tacikistanın ŞƏT üzrə milli əlaqələndiricisi vəzifələrini icra edən Axmad Saidmuradzoda və nazirliyin Şanxay Əməkdaşlıq Təşkilatı idarəsinin rəisi Şuxrat Sabirzoda görüləcək işlər haqqında məlumat veriblər.
Bildirilib ki, Tacikistanın bu təşkilata sədrliyi “ŞƏT 20 il: Sabitlik və inkişaf naminə əməkdaşlıq” devizi altında olacaq. Bu dövrdə regionda təhlükəsizliyin və sabitliyin qorunması, üzv ölkələr arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi ön plana çəkiləcək.
Qeyd olunub ki, Tacikistanın ŞƏT-ə sədrliyi dövründə 100-dən artıq müxtəlif tədbirin keçirilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, bu il sentyabr ayının 16-17-də Düşənbədə ŞƏT Dövlət başçıları Şurasının iclasının keçirilməsi də planlıaşdırılır.
Xatırladırıq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
