Dünya
"Britaniya virusu" 70 ölkədə aşkarlandı
Koronavirusun yeni variantları dünyanın müxtəlif ölkələrində sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, ilk dəfə Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış yeni variant artıq dünyanın 70 ölkəsinə yayılıb. Qeyd edilib ki, ötən həftə bu rəqəm 60 ölkə olub.
Publika.az xəbər verir ki, ilk dəfə Cənubi Afrika Respublikasında (CAR) aşkarlanan ştammın da yayılma arealı kifayət qədər genişdir. Bir həftə ərzində bu ştammın aşkarlandığı ölkələrin siyahısına daha səkkiz ölkə əlavə olunub və ümumi say 31-ə çatıb. Braziliyada rast gəlinən ştamm isə indiyədək səkkiz ölkədə təsdiqlənib.
Koronavirusun Böyük Britaniya variantının daha yoluxucu olması və ölüm hallarının çoxluğu məsələsinə gəldikdə isə beynəlxalq qurumun açıqlamasında bu nəticələrə ilkin tədqiqatlar əsasında gəlindiyini və dərinləşdirilmiş araşdırma və analizlərə ehtiyac olduğu qeyd edilib. Eyni zamanda, CAR-da aşkarlanan variantın (501Y.V2) anticisim neytrallaşmasına daha az reaksiya verməsi, bəzi ekspertlərə görə, koronavirusa ikinci yoluxma halına yol aça bilər və koronavirus əleyhinə peyvəndlərin təsir gücünü azalda bilər. Qeyd edilib ki, bu istiqamətdə də əlavə tədqiqatların aparılmasına ehtiyac var.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

