Dünya
Daha bir ölkədə koronavirusun yeni mutasiyası AŞKARLANDI
Alimlər COVID-19-un daha bir təhlükəli mutasiyasını aşkarlayıblar.
Publika.az "MedikForum"a istinadla xəbər verir ki, Finlandiyada vaksinlərin effektivliyini zəiflədən, koronavirusun mutasiya olunmuş Cənubi Afrika versiyasına oxşar yeni ştamm peyda olub.
Finlandiya alimləri koronavirusun digər təhlükəli ştamlarla ümumi mutasiyalara malik olan başqa bir variantını kəşf etdiklərini bildirirlər. Hələlik “Fin-796H” adlandırılan yeni koronovirus növü bu yaxınlarda aşkarlanıb. Ekspertlər onun hələ ki, bir o qədər də geniş yayılmasına əmin deyillər. Finlandiyada yoluxma hallarının çox aşağı səviyyədə olması baxımından sözügedən mutasiyanın məhz bu ölkədə yaranması alimlərdə şübhələrə səbəb olub. Skandinaviya ölkəsində pandemiya başlayandan bəri cəmi 51 min yoluxma halı və təxminən 700 ölüm hadisəsi qeydə alınıb.
Bu kəşfi edən fin tədqiqatçıları yeni ştammın Britaniya və Cənubi Afrika ştammları ilə bəzi ümumi mutasiyalara və özünəməxsus unikal kombinasiyalara malik olduğunu vurğulayırlar. Bununla yanaşı, onlar fin versiyasının tərkibində hansı mutasiyaların olduğunu izah etmirlər. Ancaq “Fin-796H” versiyasının vaksinlərin effektivliyini zəiflətməsi baxımından onun Cənubi Afrika ştammı ilə oxşarlığını ehtimal etmək olar. Cənubi Afrika Respublikasının (CAR) hökumət orqanları məhz bu səbəbdən “AstraZeneca” əczaçılıq şirkətinin vaksinlərindən istifadə etməkdən imtina edirlər.
Bununla yanaşı, Britaniya alimləri israr edirlər ki, koronavirusun yeni variantlarının əmələ gəlməsi təlaşa əsas vermir. Bu patogenin mutasiyaları bütün oxşar viruslar üçün tamamilə təbiidir və indiki mövcud vaksinlər mutasiyalara qarşı qorunmanı təmin etməlidir. Məsələ ilə bağlı “The Daily Mail” qəzeti yazır ki, əgər biz qrip virusuna nəzər yetirsək, onda hər il yeni vaksinlər kəşf etməliyik. Çünki, qrip də daim mutasiyalara məruz qalır.
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi





































