Dünya
"İmpiçment dalğası" Sloveniyaya çatdı
Sloveniya Parlamentində Baş nazir Yanez Yanşanın impiçment məsələsinə baxılacaq.
Publika.az xəbər verir ki, parlamentdə bu barədə qərar cari həftənin gündəliyi müzakirə edilərkən qəbul edilib. Mərkəz-solçu müxalifət partiyalarının (sosial-demokratlar, “Maryan Şaretsin siyahısı”, solçular və keçmiş Baş nazir Alenka Bratuşekin partiyası (SAB) hələ həftələr öncə sağçı-mühafizəkar hökumət rəhbərinin vəzifəsindən kənarlaşdırılması üçün müraciəti ötən həftə parlament spikerinin səyləri nəticəsində baxılmamışdı. Gündəlikdə duran digər mühüm məsələlər ölkədə referendum üçün tarixin müəyyənləşdirilməsi və həmçinin parlament spikeri İqor Zorçiçin vəzifəsindən kənarlaşdırılması üçün müraciətə baxılması dayanır.
Müxalifət partiyaları Baş naziri koronavirus pandemiyasına qarşı mübarizəni düzgün təşkil etməməkdə günahlandırırlar. Eyni zamanda Baş nazir media azadlığının məhdudlaşdırılması və prokurorluq orqanlarının işinə müdaxilədə ittiham olunur.
Qeyd edək ki, indiyədək parlamentdə Yanez Yanşaya qarşı iki dəfə etimadsızlıq səsverməsi keçirilib. Y.Yanşa onların hər ikisində qalib gəlsə də, onun koalisiyalı hökumət artıq parlamentdə səs çoxluğuna malik deyil və növbəti səsvermənin nəticəsi hökumət rəhbəri üçün arzuolunmaz ola bilər.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





