Dünya
"Le Monde": Ermənistanın "İsgəndər"ini vuran "Bayraktar" isti peraşki kimi satılır - FOTO/VİDEO
44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun geniş çeşiddə pilotsuz aparatları tətbiq etməsi hələ də dünya mediasının və ekspert çevrələrinin gələcək müharibələrin necə olacağına dair təhlillərində yer almaqdadır. Virtualaz.org xəbər verir ki, bu dəfə Fransanın “Le Monde” qəzeti Azərbaycan ordusunun müharibə taktikasının dünya ölkələrinin öz hərbi strategiyalarına yenidən baxmağa məcbur etdiyi haqda yazıb. “Dronların döyüşü: sürü təhdidi” başlıqlı məqalədə Elisa Vinsent (Par Elise Vincent) yazır ki, bu yeni hal, hibrid münaqişələrin simptomu bütün dünya üzrə bir çox orduları qəfil haqladı və narahat etdi. Mütəxəssislər bu simptomu “dronlarla yaylım atəşi” və ya “dron sürüsünün hücumu” adlandırırlar.
Qəzet yazır ki, son iki ildə bir neçə hərbi əməliyyatlar teatrında dronların oynadıqları rol bir çox ölkələri, o cümlədən Fransanı onlara qarşı mübarizə məsələsinə köklənməyə məcbur edib.
Bildirilir ki, bu yeni taktiki vasitələr son bir neçə ildir artmaqda idi. Lakin 2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında Qarabağdakı müharibə zamanı dronlarla bağlı reallıq daha kəskin xarakter almağa başladı. Beləliklə də, dronlarla mübarizə 2019-2025-ci illər üçün hərbi proqramlaşdırma barədə qanuna təklif edilən dəyişikliklərə daxil edilib. Bu dəyişikliklər iyunun 22-də və 23-də Fransa parlamentinə təqdim olunub.
“Le Monde” yazır ki, digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağda müharibə pilotsuz uçan aparatların “yer-yer” tipli raketlər və artilleriya sistemləri ilə birlikdə kütləvi tətbiqi ilə müşaiyət olundu. “O cümlədən “kamikadze-dronlar” geniş tətbiq edildi. Bu hal “üçüncü eşalon” ölkələrin orduları üçün dövlətlərarası münaqişə kontekstində misli görünməmiş idi. Azərbaycanlılar müharibənin gedişində bu yeni müharibə metodlarını, o cümlədən hərbi kompüter şəbəkələrindən istifadə etməklə şəbəkə əməliyyatlarını mənimsədiklərini sübut etdilər, hansı ki, indiyədək bunlar Qərbin üstünlüyü sayılırdı”,-qəzet belə yazır.
Məqalədə əlbətdə ki, “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin Qarabağ müharibəsindəki roluna yer verilir. Bildirilir ki, Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən, bahalı olmayan və effektiv həmin silahlı PUA-lar ötən il tətbiq edildiyi üç müharibədə (Liviya, Suriya, Qarabağ) tankları, zirehli texnikanı, sursat anbarlarını, hava hücumundan müdafiə sistemlərini məhv etdi.
Qəzet hazırda “Baykaraktar TB2” pilotsuz təyyarələrinin bir çox ölkələr tərəfindən alındığını, o cümlədən keçmiş sovet respublikalarında “isti peraşki kimi” satıldığını yazır. Bildirilir ki, 10 ildən də az müddətdə Ankara döyüş pilotsuz aparatlarının aparıcı istehsalçılarından birinə çevrilərək ABŞ, İsrail və Çinlə bir sırada dayandı.
Məqalədə deyilir ki, “Bayraktar TB2”-nin missiyasına kəşfiyyat və düşmən qüvvələrinin yerləşməsi barədə informasiyaların toplanması, döyüş təyyarələrini hədəfə yönləndirmə, habelə düşmən mövqelərinə müstəqil şəkildə hücum etmə daxildir. Çünki dron özü lazerlə hədəfə yönləndirilən 4 raketlə silahlanıb.
“Le Monde” diqqəti buna yönəldir ki, “Bayraktar” Suriya və Liviyada Rusiyanın bahalı “Pantsir” zenit komplekslərini, Ermənistanda isə “İsgəndər” operativ-taktiki raket kompleksini məhv edib.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan ordusu düşmənin yaşayış məntəqələrimizi atəşə tutan operativ-taktiki və ballistik raket komplekslərinə Ermənistanın Vardenis rayonu ərazisində zərbələr endirmişdi. Bu zərbələr nəticəsində sonradan məhv edilmiş azı bir “Skad” ballistik raket kompleksinin qalıqlarının görüntüləri də sosial şəbəkələrin erməni seqmentində yayılmışdı.
Lakin həmin zərbələr zamanı “İsgəndər” operativ-taktiki raket kompleksinin də sıradan çıxarıldığı haqda Müdafiə Nazirliyinin yaydığı dron görüntüləri əsasında bir sıra Rusiya saytları yazmışdı. Bununla belə, “İsgəndər” kompleksinin vurulduğu barədə rəsmi mənbələr şərh verməyiblər.
Hərçənd Ermənistanın Bakı istiqamətində atdığı “İsgəndər” raketlərindən azı ikisinin Azərbaycan ordusunun “Barak-8” zenit-raket kompleksi ilə vurulduğu məlumdur. / "VirtualAz"
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO