Dünya
TÜRKSOY-un "Gənclik xoru"nun qastrol səfərləri başladı
Hər il dünyanın müxtəlif ölkələrində və bölgələrində qastrolları ilə türk xalqlarının musiqisini dünyaya tanıdan TÜRKSOY-un “Gənclər xoru” 2021-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyəyə qastrol səfər ediblər.
TÜRKSOY-un mətbuat xidmətindən Publika.az-a bildirilib ki, xor sentyabrın 2-də Hatay vilayətinin Məclis Mədəniyyət Mərkəzində ilk konsertini verib.
Onlarla fərqli xalqların mədəniyyətinə ev sahibliyi edən, sülh, qardaşlıq və tolerantlığın paytaxtı hesab edilən Hatayda keçirilən konsert böyük maraqla qarşılanıb.
Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Savaşın iştirakı ilə təşkil edilən konsert “Yunus Emre” və “Türkcə ili” çərçivəsində Ahmet Adnan Saygünün “Yunus Emre” oratoriyasından bir bölümlə başlayıb. Konsert proqramında müxtəlif türkdilli ölkələrin əsərləri yer alıb.
2015-ci ildə türkdilli ölkələrin qabaqcıl konservatoriyalarında təhsil alan istedadlı gənc vokalçılarının iştirakı ilə ərsəyə gələn və eyni ildə Almaniyada keçirilən Dünya Xor Olimpiadasında üç fərqli mükafata layiq görülən “TÜRKSOY gənclər xoru”na bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən 27 gənc ifaçı qatılıb. Xorun dirijoru Qazaxıstan Filarmoniyası Xorunun rəhbəri Gülmirə Kuttybadamovadır.
Ötən illərdə Türkiyənin “TRT” kanalının ekranlarında yayımlanan, müxtəlif albomlarla izləyicilərin qarşısına çıxan və bir sıra xüsusi konsertlərdə iştirak edən sənətçilər bu il İzmirdə keçirilən “Dünya Birləşmiş Şəhərlər və Yerli İdarələr Təşkilatının Mədəniyyət Zirvəsinin bağlanış konsertində də çıxış edəcəklər. Sentyabrın 11-də keçiriləcək konsert proqramında Azərbaycandan Çinarə Şirinova, eləcə də Qazaxıstan, Qırğızıstan və Türkiyədən səs sənətçiləri qatılacaq.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR











.jpg)


.jpg)























