Dünya
“Omikron” ştamı “delta” variantından iki dəfə daha tez yayıla bilər
Koronavirusun “omikron” ştamı “delta” variantından iki dəfə daha tez yayıla bilər.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın Respublikasının “News24” xəbər portalı koronavirusun yayılması istiqamətində vəziyyətin modelləşdirilməsi ilə məşğul olan beynəlxalq alimlər qrupunun ilkin nəticələrinə istinadən məlumat yayıb.
London Universitetinin Gigiyena və Tropik Təbabət Məktəbindən Karl Pirsonun rəhbərlik etdiyi qrup Cənubi Afrika Respublikasının müxtəlif əyalətlərindən olan koronavirusa yoluxmuş xəstələrin müayinəsinin nəticələri əsasında riyazi model qurub. Nəticədə, yeni ştamın əvvəlkilərdən daha sürətlə insandan insana keçə biləcəyi barədə bundan əvvəl irəli sürülən fərziyyə təsdiqini tapıb. Eyni zamanda, “omikron” ştamının ondan əvvəlki növləri ilə müqayisədə xəstəliyin daha ağır gedişatına gətirib çıxardığı hələ aydın deyil.
Qrup dünya alimlərini yaxın aylarda koronavirusun “omikron” ştamına yoluxma hallarının ehtimal edilən artımına daha yaxşı hazırlaşmaq üçün əldə edilən informasiyadan istifadə etməyə çağırıb.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi










.jpg)




.jpg)

















.jpg)

.jpg)