Dünya
Mükəmməl qorunmuş dinozavr embrionu TAPILDI - FOTO
Ən azı 66 milyon il əvvələ aid, cücə kimi yumurtadan çıxmağa hazırlaşan, mükəmməl qorunmuş dinozavr embrionu aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan məqalədə deyilir.
Çinin cənubunda, Qançjouda fosil əsasında yumurtadan çıxmağa yaxın olan dinozavr embrionunu aşkar edilib və dişsiz teropod dinozavrına və ya oviraptorozavra (oviraptosaur) aid olub.
Məqalənin müəlliflərindən biri, Birmingem Universitetinin tədqiqatçısı Fion Waisum Ma, "Bu, tarixdə tapılmış ən yaxşı dinozavr embrionlarından biridir" deyib.
Tapılmış körpə başını bədəninin altında, ayaqları əyilmiş və yanlarına bükülmüş vəziyyətdə tapdılar. Bu, əvvəllər dinozavrlarda görülməyən, lakin müasir quşlara bənzəyən bir duruşdur.
Quşlarda davranış mərkəzi sinir sistemi tərəfindən idarə olunur və "qıvrılma" adlanır. Yumurtadan çıxmağa hazırlaşan cücələr dimdiyi ilə qabığı sındırır və onu düzəltmək üçün başlarını sağ qanadlarının altına salırlar.
Qıvrıla bilməyən embrionların uğursuz yumurtadan çıxma mərhələsində ölmək şansı daha yüksəkdir.
"Yumurta oğurlayan kərtənkələlər" mənasını verən oviraptorozavrlar, Son Təbaşir dövründə indiki Asiya və Şimali Amerikada yaşayan tüklü dinozavrlar idi.
Hüseyn
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)


















.jpg)

.jpg)