Dünya
ABŞ-ın bu addımı Yunanıstanı HƏRƏKƏTƏ KEÇİRDİ
ABŞ Yunanıstan, İsrail və Kipr administrasiyası arasında Şərqi Aralıq dənizi boru kəməri layihəsinə “yox” cavabı verib.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Co Bayden administrasiyası yaxın vaxtlarda diplomatik kanallar vasitəsilə Yunanıstanı məlumatlandırıb.
“Onların planlaşdırılan “EastMed” layihəsinin iqtisadi reallaşması ilə bağlı tərəddüdləri var və bu layihəni dəstəkləmək niyyətində deyilik”.
Eyni fikir İsrail və Kipr administrasiyasına da çatdırılıb. “Kathimerini” qəzeti bu inkişafı “ABŞ “EastMed”ə mina yerləşdirdi” - deyə dəyərləndirib.
Qəzet ABŞ-ın “yaşıl layihə”nin (bərpa oluna bilən) olmaması və onun yüksək qiyməti ilə yanaşı, “East Med”i də siyasi cəhətdən faydalı hesab etmədiyini yazıb. Digər tərəfdən, ABŞ-ın Misirlə Yunanıstan, İsrail və Kipr arasında elektrik əlaqəsi layihələrinə üstünlük verdiyini də qeyd edib.
Təxminən 2000 km uzunluğunda olan və dəyəri 7 milyard avrodan çox olan boru kəmərinin tikintisinə dair müqavilə 2020-ci ilin yanvarında imzalanıb. Son 2 ildə layihəyə maliyyəçi tapa bilməyiblər. Avropa İttifaqı layihədə maraqlı olsa da, indiyədək onun maliyyələşdirilməsi ilə bağlı heç bir qərar verməyib. Layihənin son marşrutu da bəlli deyil.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
