Dünya
Almatıda iki ekstremist hücrə neytrallaşdırıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları Almatı ərazisində üzvləri iğtişaşlarda iştirak edən iki ekstremist hücrəni zərərsizləşdiriblər.
Publika.az">Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə MTK-nın mətbuat xidmətindən bildiriblər.
"Qazaxıstan Respublikasının MTK-sı tərəfindən kütləvi iğtişaşlar və terror aktları iştirakçılarının axtarışı və saxlanılması, habelə törədilmiş cinayətlərin aydınlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Nəticədə Almatı şəhəri ərazisində baş vermiş iğtişaşlarda üzvləri 2022-ci il yanvarın 4-dən 8-dək fəal iştirak edən iki ekstremist hücrə zərərsizləşdirilib", - deyə mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, yanvarın 9-da qanunazidd əməllər törətməkdə, qadağan olunmuş ekstremist təşkilata rəhbərlik etməkdə və ya iştirak etməkdə və ekstremist fəaliyyətə cəlb etməkdə şübhəli bilinən bir hücrənin 4 üzvü saxlanılıb. Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı odlu, travmatik silahlar, qumbaralar, güllələr, dini ədəbiyyat və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Bildirilir ki, digər qruplaşmanın lideri xarici ölkə vətəndaşı iğtişaşlarda fəal iştirak edib və xaricdəki terrorçu qruplarla əlaqəsi olub. "İstintaqın versiyasına görə, o, kütləvi qanunsuz hərəkətlər, hakimiyyətə və təhlükəsizlik orqanlarına hücumlar hazırlamaq üçün məqsədyönlü şəkildə Qazaxıstana gəlib. Onunla əlbir olanların axtarışları aparılır", - deyə MTK-dan bildiriblər.
Qeyd edilib ki, digər məlumatlar istintaqın maraqların çərçivəsində açıqlana bilməz, əməliyyat-istintaq tədbirləri davam etdirilir. "Bununla yanaşı, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə MTK-nın Almatı üzrə şöbəsindən silah, sursat və digər əmlakın oğurlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. İdarə terror təhlükəsinin qırmızı səviyyəsinin tələblərinə uyğun olaraq gücləndirilmiş iş rejimində işləyir", - deyə əlavə edilib.
Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.
Hüseyn
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ






























