Dünya
Sarkisyan istefasına 3 saat yarım qalmış ona ZƏNG EDİB: "O, mənə dedi ki..."
Ermənistan prezidenti Armen Sarkisyan istefasını elan etməzdən üç saat yarım əvvəl baş nazir Nikol Paşinyana zəng edib.
Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə onlayn formatda medianın suallarını cavablandıran hökumət başçısı bildirib.
Paşinyanın sözlərinə görə, o, Sarkisyandan soruşub ki, bu, yekun qərardır, yoxsa müzakirə predmetidir:
"Mən qərarın müzakirə mövzusu olub-olmadığını anlamağa çalışdım. Amma o, mənə dedi ki, artıq belə bir qərar verib".
O hesab edir ki, prezidentin Konstitusiyanın prezidentin səlahiyyətlərini nə dərəcədə məhdudlaşdırıb və ya məhdudlaşdırmaması ilə bağlı açıqlamasına münasibət bildirməməlidir.
Paşinyan deyib ki, baş nazir seçildiyi 2018-ci ildən bəri Konstitusiyada prezidentin səlahiyyətləri ilə bağlı heç bir dəyişiklik olmayıb və buna uyğun olaraq oyun qaydaları da dəyişməyib.
Baş nazir əlavə edib ki, istefa ərizəsində bəzi izahatlar verilir. O, bu izahatları qeyd edir və onlara şərh verməyi məqsədəuyğun hesab etmir.
O əlavə edib ki, hakim komanda hələ yeni prezidentin namizədliyini müzakirə etməyib.
Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib.
Hüseyn
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
