Dünya
Kiyev belə boşaldılacaq – Təxliyə planı təsdiqləndi
Kiyevdə Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi halında əhalinin təxliyəsi planını təsdiq ediblər.
Publika.az report-a istinadən xəbər verir ki, bu barədə paytaxt meri Vitali Kliçko məlumat verib.
“Kiyevdə Kiyev Şəhər Dövlət Administrasiyası (KŞDA) səviyyəsində və hər bir rayonda təxliyə komissiyaları yaradılıb. Əhalinin evakuasiya planı təsdiq edilib. O, yığma evakuasiya məntəqələrinin yerini, lazım olan nəqliyyatın həcmini və əhalinin yerləşdirilməsi üçün təhlükəsiz əraziləri müəyyənləşdirir”, - KŞDA-nın bəyanatında deyilir.
Qeyd olunur ki, şəhər xidmətləri fövqəladə vəziyyətdə vətəndaşların təhlükəsizliyi üçün mümkün olan hər şeyi edir.
“Bu gün Kiyevin mülki müdafiə qüvvələri və vasitələri bunlardır: 13,5 min şəxsi heyət və 780-dən çox texnika. Ərazi briqadasının qüvvələri də Kiyevin müdafiəsinə cəlb olunur”, - Kliçko bildirib.
Onun sözlərinə görə, son bir neçə ildə şəhərdə bomba sığınacaqları üçün nəzərdə tutulan yerlərin sayı üç dəfə artıb.
“Bir neçə il əvvəl bizdə 1500 müvafiq sığınacaq var idisə, bu gün onların sayı 3 dəfə artıb. Ümumilikdə, mülki müdafiənin mühafizə strukturlarının fonduna 500-dən çox saxlanc yeri daxildir”, - o söyləyib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




















.jpg)

.jpg)