Dünya
Ukraynadan TƏCİLİ ÇAĞIRIŞ: Çernobılın üzərində...
Ukrayna Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) ölkənin nüvə obyektləri üzərində hava məkanına çıxışı bağlamaq və Rusiya qoşunlarının Çernobılı ələ keçirməsi ilə bağlı nüvə terror aktlarının qarşısının alınması üçün NATO-ya müraciət etməyi xahiş edir.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Çernobıl sahəsində və təcrid zonasındakı nüvə qurğularının təhlükəsizliyi ilə bağlı vəziyyəti hüquqi müstəviyə qaytarmaq üçün biz MAQATE-nin NATO-ya müraciəti ilə bağlı təcili qəti tədbirlər görməkdə israr edirik” - məlumatda bildirilir.
Müraciətin mətninə əsasən, Ukrayna nümayəndələri həmçinin Atom Enerjisi Agentliyinin dərhal atəşkəs əldə edilməsi və işğalçı qüvvələrin AES-dən 30 km-dən daha yaxın məsafəyə yaxınlaşmasının qarşısının alınması, eləcə də AES-dəki qərargahın aktivləşdirilməsi üçün MAQATE-nin fəaliyyətində təkid edirlər:
“Fövqəladə Hallar Mərkəzi də Çernobıl AES-də nüvə terror aktlarının həyata keçirilməsinin qarşısının alınması və onun şəxsi heyətinə humanitar və psixoloji yardımın göstərilməsi üzrə tədbirlərin əlaqələndirilməsi üçün addımlar atmalıdır. Dünya şöhrətli Çernobıl AES-in ələ keçirilməsi faktı Rusiya Federasiyasının hərbi birləşmələri tərəfindən Çernobıl Atom Elektrik Stansiyasının nüvə obyektlərinə və onun şəxsi heyətinə qarşı törədilmiş nüvə terror aktının bütün əlamətlərini özündə əks etdirir”.
Qeyd olunub ki, Rusiya hərbçiləri tərəfindən 7 gündür rotasiyasız saxlanılan Çernobıl Atom Elektrik Stansiyasının şəxsi heyəti psixoloji təzyiq altındadır və mənəvi cəhətdən tükəniblər.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




















.jpg)

.jpg)