Dünya
Stefançukdan TƏCİLİ ÇAĞIRIŞ: Nüvə terrorunu dayandırın!
Ukrayna Ali Radasının rəhbəri Ruslan Stefançuk Avropa və dünyanı Ukraynanın səmasını bağlamağa və nüvə terrorunu dayandırmağa kömək etməyə çağırıb.
Publika.az">Publika.az xəbər verir ki, Stefançuk bu barədə videomüraciətində bildirib.
“Ukrayna Ali Radası adından Avropanın və dünyanın bütün parlamentlərinə, hökumətlərinə, vətəndaşlarına müraciət edirəm. Rusiya Avropanı və dünyanı nüvə dəhşətinin astanasında qoyub”, - Ali Radanın sədri deyib.
Stefançukun sözlərinə görə, 36 il əvvəl Ukrayna Çernobıl qlobal ekoloji və texnogen fəlakətin ümumiləşdirilmiş konsepsiyasına çevrilib.
“Zaporojye AES Çernobıldan dəfələrlə güclü və təhlükəlidir. Bütün bunlar onu göstərir ki, Putinin cinayətləri qlobal miqyas alıb və Avropanın, ola bilsin ki, bəşəriyyətin varlığına təhlükə yaradır. Bu cinayət Ukraynanın müdafiəsi üçün mümkün qədər tez bir zamanda uçuşa qadağa qoyulmasının zəruriliyini açıq şəkildə nümayiş etdirir. Ukrayna, Avropa və dünya. Nüvə terrorunu dayandırın!” - Stefançuk vurğulayıb.
Qeyd edək ki, martın 4-nə keçən gecə Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi ərazini atəşə tutub, nəticədə AES ərazisində yanğın baş verib. Kiyev vaxtı ilə saat 06:20-də xilasedicilər yanğını söndürüblər.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




















.jpg)

.jpg)