Dünya
Gözlər Antalyada: nəticə necə olacaq?
Rusiyanın Ukraynadakı işğalı davam etdiyi bir vaxtda Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba və Türkiyə baş diplomatı Mövlud Çavuşoğlu Antalyada atəşkəsin təmin edilməsi üçün üçtərəfli görüş keçirəcək.
Publika.az xəbər verir ki, Rusiya və Ukrayna tərəfləri görüşdən əvvəl verdikləri açıqlamalarda Antalya görüşünün vacib olduğunu vurğulayıblar.
Rusiya: "Antalya görüşü vacibdir"
Kremlin sözçüsü Dmitri Peskov: "Danışıqlar prosesinin davam etdirilməsi son dərəcə vacibdir".
Kuleba: "Ümid edirəm ki, Lavrov buna təbliğat nöqteyi-nəzərindən deyil, həll yolu tapmaq vəzifəsi kimi yanaşır".
Dmitro Kuleba videomüraciətində bildirib ki, Ukrayna tərəfi sözügedən görüş formatının effektivliyi üzərində işləyir. Özünün və komandasının danışıqlara yaxşı hazırlaşdığını vurğulayan Kuleba əlavə edib ki, danışıqlardan gözləntiləri məhduddur: "Bu yaşananlar artıq problem deyil, rus ordusunun yaratdığı fəlakətdir. Mən bu danışıqlara güclü mövqe ilə gedirəm. Rusiyanın başlatdığı bu döyüşü necə bitirəcəyinə dair bir həll tapacağına ümid edirəm".
Çavuşoğlu: "Görüşün sülh və sabitliyə doğru mühüm bir addım olmasını arzu edirik".
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada keçiriləcək görüşün sülh və sabitlik yolunda mühüm addım olmasını arzuladıqlarını bildirib: "Ümid edirik ki, bu görüş xüsusilə dönüş nöqtəsi olacaq. Qarşıdurmalar ən qısa zamanda dayandırıldıqdan sonra davamlı sülh üçün səy göstərməyə davam edəcəyik".
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
