Dünya
Ruslar “İsgəndər” atdı: Ukrayna havadan zərbələr endirdi
Ukrayna qoşunları dünən bəzi istiqamətlərdə müdafiənin konkret sahələrində vəziyyəti müsbətə doğru dəyişən taktiki əks-hücum əməliyyatları həyata keçirib.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Dünən bəzi istiqamətlərdə qoşunlarımız kiçik taktiki əks-hücum əməliyyatları keçirib ki, bu da müdafiənin konkret sahələrində vəziyyəti yaxşılaşdırıb. Qoşunlarımız həmçinin düşmən qruplaşmalarına güclü raket-artilleriya və hava zərbələri endirib. Ən azı 7 belə zərbə endirilib” - Arestoviç qeyd edib.
O əlavə edib ki, Ukrayna Hərbi Hava Qüvvələri ən azı 3 təyyarə, 1 helikopter və bir neçə qanadlı raketi vurub: “Düşmən cavab olaraq strateji təyyarələrdən və “İsgəndər” tipli ballistik raketlərdən Ukrayna ərazisindəki mülki obyektlərə zərbələr endirib”.
Aleksey Arestoviç Rusiya ordusunun atdığı raketlərin 2/3-nin mülki hədəfləri vurduğunu vurğulayıb: “Görünür, bu, qəsdən edilir”.
Onun sözlərinə görə, Ukrayna ətrafında ümumi vəziyyət və cəbhə xəttindəki ən qaynar nöqtələr gün ərzində dəyişməyib: “Çünki Rusiya Federasiyası öz resurslarını istifadə edib. Suriya və Liviyadan muzdluları, onların bölmələrinin hissələrini köçürmək cəhdləri hələ ki, baş tutmayıb. Yəni, onların heç bir ehtiyatı yoxdur. Bu, həm bizim qiymətləndirmədə, həm də aparıcı Qərb ekspertlərinin qiymətləndirməsində belədir”.
Arestoviç həmçinin qeyd edib ki, rusların əsas səyləri Birgə Qüvvələr Əməliyyatı zonasında cəmləşib: “Lakin dünən onlar İzyum və Nikolayev istiqamətində itkilər verdilər və hətta müəyyən dərəcədə Ukraynanın xeyrinə olan taktiki döyüşlərdə bataqlığa düşdülər”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




















.jpg)

.jpg)