Dünya
Abramoviç Kiyev-Moskva yolunda: "Ona de ki, mən onları MƏHV EDƏCƏM"
Rusiyalı oliqarx Roman Abramoviç Ukrayna prezidenti Volodimir Zelenskinin Vladimir Putin üçün hazırladığı notanı təhvil alaraq Rusiyaya uçub. İddialara görə, Ukrayna prezidenti Kiyevdən sülh şərtlərini təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə "The Times" yazır.
Qeyd olunur ki, Abramoviç Zelenski ilə Putin arasında vasitəçi kimi Türkiyə, Rusiya və Ukrayna arasında hərəkət edib. Rusiyalı oliqarx İstanbulda Ukrayna danışıqlar qrupunun üzvü Rüstəm Umerov və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalınla görüşüb.
“Görünür, onlar bu həftə davam etdirilməli olan gələcək üzbəüz danışıqlarda irəliləyiş əldə ediblər”, – qəzet yazır.
Ərdoğanın sözçüsü Krımın və Donbasın 1891-ci ildən 1997-ci ilədək Böyük Britaniyadan Honq-Konq kimi Moskvadan “uzunmüddətli icarəyə” götürülə biləcəyi fikrini irəli sürüb.
Eyni zamanda nəşr yazır ki, Abramoviç və Umerov Polşa vasitəsilə Kiyevə gəlib və orada Zelenski ilə görüşüblər.
İddialara görə, Ukrayna prezidenti Abramoviçdən Putinə Kiyevdən sülh şərtləri olan nota verib. Buna Rusiya Federasiyasının prezidenti belə cavab verib: “Ona de ki, mən onları məhv edəcəm”.
UNIAN-ın daha əvvəl xəbər yaydığı məlumata görə, Ukrayna prezidenti Co Baydendən Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib, çünki o, Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər.
Polşalı jurnalist Yakub Staxovyak bildirib ki, rusiyalı oliqarx Roman Abramoviç, ehtimal ki, ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmaq üçün Polşaya gəlib .
-
Region21:13İstanbulda torpaq sürüşməsi oldu - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı
-
Dünya16:37Vardanyanın dostu olan yazıçını Bakıya kim dəvət edib? - Kitabını çap edən nəşriyyatdan cavab gəldi
-
Magazin115:04Əməkdar artist Avropa tətilindən paylaşım etdi - VİDEO
-
Rəsmi xronika14:30Nazirliyin yeni vəzifələri müəyyənləşdi - Fərman























.jpg)

.jpg)
.jpg)







