Dünya
Rusiyadan KRİTİK QƏRAR: Aprelin 1-dən dayandırılır
Bu il aprelin 15-dən avqustun 31-dək Rusiya Federasiyasından günəbaxan yağının və soya ununun ixracına kvota, o cümlədən aprelin 1-dən avqustun 31-dək günəbaxan toxumunun ixracına qadağa tətbiq edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazirlik günəbaxan yağının ixracına qeyri-tarif kvotası tətbiq edib. Bu qaydaya əsasən qeyd edilən müddətdə 1,5 milyon tondan çox yağ, 700 min tondan artıq soya unu satılmayacaq.
“Gömrük və tariflərin tənzimlənməsi üzrə alt komitə yağlı toxumların və onların emalı məhsullarının ixracının məhdudlaşdırılmasını dəstəkləyib. Sözegedən məhsulların tarixi əsaslarla istehsalçılar arasında bölüşdürülməsi planlaşdırılır”, - məlumatda deyilir.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin təklifi və günəbaxan və soya ununun ixracına müvəqqəti qadağa qoyulması da dəstəklənib. Bundan başqa, bu məhsulların ixracının mümkün olduğu keçid məntəqələrinin sayının məhdudlaşdırılması təklifi də dəstəklənib: “Soya unu üçün Kalininqrad vilayətində yalnız dəniz nəzarət-buraxılış məntəqəsini, soya üçün isə Uzaq Şərq Federal Dairəsində nəzarət-buraxılış məntəqəsini saxlamaq təklif edilir”.
Nazirlik qeyd edir ki, hazırda günəbaxan yağı və yağlı bitkilərin dünya qiymətlərinin kəskin artması fonunda Rusiya məhsullarına tələbat artmaqdadır. Bu qərarlar daxili bazarın qorunmasına və emal müəssisələrinin tələbatının ödənilməsinə yönəlib: “Bu tədbirlər kompleksi Rusiyada xammal və sosial əhəmiyyətli məhsulların maya dəyərinin kəskin artması ilə yanaşı, çatışmazlıq ehtimalını da aradan qaldıracaq”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi










.jpg)




.jpg)

















.jpg)

.jpg)