Dünya
İmran Xandan ŞOK ADDIM: İqtidarı qaytarmaq üçün...
Pakistan parlamenti sədrinin müavini Qasım Suri sabiq baş nazir İmran Xan da daxil olmaqla, 123 deputatın Pakistan Ədalət Hərəkatı Partiyasından (PTI) istefasının qəbul edildiyini bildirib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Xan və millət vəkillərinin istefası ilə bağlı qərarın gecə saatlarında verildiyi deyilib.
İmran Xan verdiyi açıqlamada ABŞ tərəfindən cinayətkarları hakimiyyətə gətirmək üçün başladılan rejim dəyişikliyinə qarşı və suveren Pakistan üçün qəti mövqelərinə görə deputatlara təşəkkür edib.
Pakistanlı siyasi analitik Həbib Əkrəm “Anadolu”ya açıqlamasında İmran Xanın partiyasının (PTI) yeni hökumətin kənar dəstəklə iqtidara gəldiyinə inandığını deyib: “Bu səbəbdən parlamentdə qalaraq, yeni hökuməti legitimləşdirmək istəmirlər" dedi”.
Xan və partiyasının 2014-cü ildə keçmiş baş nazir Nəvaz Şərifin dönəmində də parlamentdən istefa verdiyini, amma parlament rəhbərliyinin bu istefaları qəbul etmədiyini xatırladan Əkrəm PTI-nin istefası və keçirdiyi etiraz aksiyalarının Xanın təzyiq etmək üçün spesifik strategiyasının olduğunu söyləyib.
“Nyu-York Tayms”ın pakistanlı müxbiri Salman Məsud kütləvi istefaları “İmran Xanın gec addımı” kimi şərh edib: “Əgər parlament buraxılsa və etimadsızlıq təklifi verilməmişdən əvvəl yeni seçkilər təyin edilsəydi, bu, daha effektli siyasi addım olardı”.
Məsud Xanın istefa addımı ilə erkən seçkilərə getmək istədiyini bildirib:
“Bu məqsədinə çatmaq üçün siyasi mitinqlər və etirazlarla mülki hökumətə və orduya təzyiq etməyi hədəfləyir. O, bu etirazların rəqiblərini ram edəcəyini planlaşdırır”.
Aprelin 11-də keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib. Beləliklə, İmran Xan və komandası iqtidardan uzaqlaşdırılıb.
Keçmiş İmran Xan hökumətinin xarici işlər naziri Şah Mahmud Qureyşi aprelin 11-də verdiyi açıqlamada baş nazir seçkilərini boykot etdiklərini və kütləvi şəkildə istefa verdiklərini bildirib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO































.jpg)


