Dünya
Türkiyədən "F-35" MESAJI: ""Hurjet" onu geridə qoyacaq"
Türkiyənin hazırladığı yüngül hücum təyyarəsi "Hurjet" performans xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil "F-35" qırıcısını geridə qoyacaq.
Publika.az xəbər verir ki, bu bəyanatla ölkənin müdafiə sənayesi idarəsinin rəisi İsmayıl Dəmir çıxış edib.
"Yüngül hücum təyyarəmiz "Hurjet" gələn il ilk uçuşunu edəcək. Qırıcımız "F-35"dən daha təkmil xüsusiyyətlərə malikdir. Təyyarə gələn il martın 18-də anqardan çıxarılacaq", - deyə Star qəzeti onun sözlərinə sitat gətirib.
Nazir, türk hücum təyyarəsinin Amerikanın beşinci nəsil qırıcı-bombardmançısını tam olaraq hansı xüsusiyyətləri ilə üstələyəcəyini izah etməyib.
"Hurjet" Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildən Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. "Hurjet" 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır





























.jpg)

.jpg)