Dünya
Ukrayna ordusu Rusiya ilə sərhəd yaxınlığında yaşayış məntəqəsini AZAD ETDİ
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya Federasiyası ilə sərhəd yaxınlığında yerləşən daha bir yaşayış məntəqəsini azad edib.
Publika.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə hərbi müxbir Andrey Saplienko şəxsi teleqram kanalında bildirib.
"Xarkovun şimalında daha bir kənd azad edildi və biz bura hərbçilərimizlə birlikdə gələn ilk jurnalistlər olduq. Hələ ad çəkmirik. Amma dövlət sərhədinə cəmi yüzlərlə metr var", - Saplienko qeyd edib.
UNİAN qeyd edib ki, yaşayış məntəqəsinin adı təsadüfən gizlədilmir. Aprelin sonunda Ukrayna Müdafiə Nazirliyindən işğaldan azad edilmiş yaşayış məntəqələri ilə bağlı rəsmi təsdiqlənənə qədər məlumatın dərc edilməməsi xahiş olunub. Ukrayna Silahlı Qüvvələri yeni mövqelərdə möhkəmlənməlidir, əks halda Russka Lozovada olduğu kimi vəziyyət yarana bilər.
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO




























.png)

.jpg)






